Paytaxtın seçilən premium yaşayış kompleksi: “Renessans Palace”
(®️) Paytaxtda premium sinif yaşayış kompleksləri arasında Yasamalda yerləşən “Renessans Palace” xüsusi ilə seçilir. 3 hektar ərazini əhatə edən kompleks özünə xas üstünlüklərilə, premium kateqoriya üçün tələbləri ödəməsi ilə şəhərin digər yaşayış komplekslərindən fərqlənir.
Ətraf mühit
İlk olaraq “Renessans Palace” yerləşməsinə görə önə çıxır. Məlumdur ki, premium yaşayış kompleksləri şəhərin sakit hissələrində yerləşərək mərkəzdən nisbətən aralı olurlar. Yasamal rayonunda Musabəyov parkı yaxınlığında Zahid Xəlilov küçəsi ilə Həsən Məcidov küçəsinin kəsişməsində yerləşən “Renessans Palace” bu baxımdan uğurlu layihədir.
Sözügedən kompleks həyətinin sahəsi ilə Bakı şəhərindəki ən iri premium yaşayış kompleksidir (1.5 hektar). Xüsusi landşaft dizayna malik park tipli həyət avtomobil girişinə qapalı olması ilə sakinlərinin rahat istirahətini ən üst səviyyədə nəzərdə tutub.
Binalar Naxçıvan istehsalı aqlay və Ukrayna istehsalı qranitlə üzlənərək xüsusi dizaynı ilə təmtəraq nümunəsi təsiri bağışlayır.
Bundan əlavə, “Renessans Palace”ın ilk 2 mərtəbəsindəki iaişə obyektləri isə (supermarket, restoran, kafelər, fitnes zalı, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığı üçündür.
Daxili üstünlüklər
Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq – 3.35 metrdir. Mənzillərin daxilində sərbəst planlamaya imkan verilir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.
Parkinq
Premium yaşayış kompleksləri üçün həm yerüstü, həm yeraltı (mənzilbaşına minimum 1 avtomobil hesabı ilə) avtomobil dayanacağının nəzərdə tutulması standartdır. Hər iki növ parkinq ərazisinin mövcudluğuna, parkinq yerlərinin mənzillərin sayına olan nisbətinə görə (1084 mənzilə qarşı 1500 avtomobillik yeraltı, 120 avtomobillik yerüstü parklama yeri) “Renessans Palace” Bakıda yerləşən əksər yaşayış komplekslərindən seçilir.
“Renessans Palace”da premium mənzilə sahib olmaq istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: *0099 və 0507158888.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 7 saat əvvəl
-
-
9 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
11 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
12 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
12 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
























