Özünüməşğulluğa qoşulmaq istəyənlərin nəzərinə - müraciətlərin qəbuluna başlanıldı
Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.
Layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.
İşsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb edilərək, onlar üçün Dünya Bankının dəstəyi ilə kiçik bizneslər yaradılacaq. 2020-2025-ci illəri əhatə edəcək layihə üzrə qeyd edilən kateqoriyalardan olan 22 min işsiz şəxsin, o cümlədən bu il 2 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur.
Layihə 2020-ci il ərzində ilkin olaraq 27 şəhər və rayonu (Bakı şəhəri Binəqədi, Xəzər, Yasamal, Nəsimi, Suraxanı, Xətai rayonları; Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri; Gəncə şəhəri Nizami rayonu; Şəmkir, Tovuz, Qəbələ, Şəki, Masallı, Lənkəran, Xaçmaz, Quba, Yevlax, Bərdə, Göyçay, İmişli, Salyan, Ağdam, Füzuli, İsmayıllı və Şamaxı rayonları) əhatə edəcək.
Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması ilə yanaşı, iştirakçıların müraciətləri əsasında digər istehsal və xidmət sahələri üzrə də aktivlər təklif edilə bilər:
1 | Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi) | 15 | Qadın gözəllik salonu |
2 | PVC qapı və pəncərə hazırlanması | 16 | Avtomobil şinlərinin təmiri |
3 | Kişi bərbərxanası | 17 | Avtoyuma |
4 | Avtoyağlama | 18 | Avtoçilingər |
5 | Mebel (Kəsmə, Bant vurma, Oyma işləri) | 19 | Dülgər |
6 | Dəmirçi | 20 | Dönərçi |
7 | Avtotornaçı (tokar) | 21 | Yem üyütmə xidməti (mini yem dəyirmanı) |
8 | Parket və taxta döşəmə cilalanması | 22 | Yun darama |
9 | Avtoelektrik | 23 | Naxış vurma |
10 | Meyvə qurutma | 24 | Təlim-tədris |
11 | Fitnes (idman) | 25 | Musiqiçi |
12 | Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) | 26 | Ayaqqabı təmiri və istehsalı |
13 | Broyler inkubatoru | 27 | İstixana |
14 | Poliqrafiya xidmətləri | 28 | Foto xidməti |
Layihəyə cəlb edilmək üçün www.e-sosial.az portalında “Məşğulluğa Dəstək Layihəsi” bölməsində qeydiyyatdan keçmək, https://forms.gle/bJ4uBBB8fNPFeYyc9 keçidlə müraciət formasını doldurmaq, yerli məşğulluq və ya DOST mərkəzlərinə müraciət etmək olar.
Əlavə məlumat almaq üçün: 142 - Çağrı mərkəzi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
9 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq




















