Gədəbəydəki yataqlardan birində qızıl hasilatı dayandırılır
"Anglo Asian Mining" bu yaxınlarda Gədəbəydə mədən əməliyyatlarına hərtərəfli strateji baxış keçirib. Buna səbəb açıq quyudan çıxarılan qızılın əyyarının azalması və uğurlu tədqiqat proqramıdır ki, bu proqram nəticəsində şirkət "Uğur" yatağını kəşf edib. Bunu "Anglo Asian Mining" şirkətinin baş icraçı direktoru Reza Vəziri deyib.
Onun sözlərinə görə, 2017-ci ildə hərtərəfli tədqiqat proqramı və hasilatın optimallaşdırılması həyata keçiriləcək. "Eyni zamanda, ilin sonunadək "Uğur" yatağında yeni açıq quyudan filiz hasilatına başlanacaq. Bu yaxınlarda açıq quyudan hasil olunan filizin tərkibində daha əvvəlki hasilatla müqayisədə qızılın əyyarının aşağı, misin əyyarının isə yüksək olduğunu gördük. Buna görə də filiz mənbəyində misin bölgüsünü daha yaxşı anlamaq, mənbəyi və ehtiyatları müəyyən etmək üçün hərtərəfli tədqiqat proqramının həyata keçirilməsinə və hasilatın optimallaşdırılmasına qərar verilib. Buna görə də açıq quyuda hasilat 2017-ci ilin ikinci rübündən müvəqqəti dayandırılacaq. Cari ilin qalan müddətində isə təxminən 15 min metrədək qazma işləri aparılacaq. Açıq quyudan hasilatın 2018-ci ilin birinci rübündən bərpa olunacağı gözlənilir", - deyə R. Vəziri qeyd edib.
R. Vəziri əlavə edib ki, quyuda hasilatın müvəqqəti dayandırılması nəticəsində bu il hasilat ötən iki il ərzindəki hasilatla müqayisədə daha az olacaq və şirkət bunu builki hasilat hədəflərinə daxil edib: "Buna baxmayaraq, bütün bunlar mis hasilatının artırılması ilə kompensasiya olunacaq və biz əminik ki, bu il həyata keçirəcəyimiz təşəbbüslər şirkətin gələcəkdə davamlı inkişafı əsasını qoyacaq. 2017-ci il ərzində səhmdarlarımızın yeniləcəyini səbirsizliklə gözləyirəm".
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























