Qlobal qida qiymətləri Sentyabrda artıb
Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, qlobal qida qiyməti indeksi, sentyabrda avqust ayı ilə müqayisədə 2,1%, keçən ilin eyni ayı ilə müqayisədə isə 5% artaraq 97,9 bəndə yüksəlib.
Marja xəbər verir ki, FAO Taxıl Qiymət İndeksi aylıq müqayisədə 5,1%, illik müqayisədə isə 13,6% artım qeyd edib.
Söz mövzusu artıma, Cənub Yarım Kürədəki istehsal gözləntilərinə dair narahatlıqlar və Avropa ətrafındakı qışlıq buğda əkininə təsir edən quru hava şərtləri səbəb olub.
Qarğıdalı qiymətləri, Avropa Birliyindəki daha aşağı istehsal gözləntilərinə reaksiya olaraq yüksəlib.
Beynəlxalq arpa qiymətləri artıb, düyü qiymətləri düşüb.
Kərə yağı, pendir və yağsız süd qiymətlərindəki artımlar, tam yağlı süd tozu qiymətlərindəki azalma ilə tarazlaşdığı üçün süd qiyməti indeksi sentyabr ayında əhəmiyyətli dəyişməyib.
Şəkər qiyməti indeksi, Braziliyada nəzərdə tutulandan güclü istehsal sayəsində 2,6% azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
-
22 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb

























