Azərbaycandakı bank 19 milyon manat zərərdən 900 min manat mənfəətə keçib
"Bank Melli İran" Bakı filialı 2020-ci ilin 9 ayını 898 min 384 manat xalis mənfəət ilə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründə 19 milyon 315 min 42 manat zərərə düşmüşdü. Ötən il zərər aktivlər üzrə ehtiyatların yaradılmasına 21 milyon 5 min manat ayrılması ilə əlaqədar idi. Ehtiyatın yaradılması filialın xeyli məbləğdə depozit və kreditinin itəcəyi ehtimalının güclənməsi ilə bağlı idi.
GƏLİRLƏR AZALIB
Marja filialın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən ilin 9 ayında 2 milyon 107 min 954 manat təşkil etmiş faiz gəlirləri cari ilin 9 ayında 1 milyon 940 min 314 manat olub. Filialın haqq və komissiya gəlirləri isə 126 min 845 manatdan 105 min 998 manata, xarici valyuta əməliyyatları üzrə gəlirlər isə 592 min 355 manatdan 338 min 804 manata geriləyib.
2020-ci ilin yanvar-sentyabr dövründə “Bank Melli İran" Bakı filialının cəmi gəlirləri 2 milyon 490 min 79 manat, cəmi xərcləri 1 milyon 585 min 443 manat, əməliyyat mənfəəti 904 min 636 manat təşkil edib. Filial 6 min 251 manat mənfəət vergisi ödəyib.
Xatırladaq ki, 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Melli İran" Bakı filialının cəmi gəlirləri 2 milyon 832 min 264 manat, cəmi xərcləri 22 milyon 154 min 802 manat, əməliyyat zərəri 19 milyon 322 min 538 manat təşkil etmişdi.
Gəlirlərin azalmasına baxmayaraq “Bank Melli İran" Bakı filialının zərərdən mənfəətə keçməsi aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmanın 136 dəfə azalaraq 21 milyon 5 min manatdan 153 min 537 manata geriləməsi ilə bağlıdır.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Ötən ilin sonu ilə müqayisədə 2020-ci ilin 9 ayında “Bank Melli İran" Bakı filialında müştərilərə verilmiş kreditlər 1 milyon 186 min 83 manat və ya 28,3% artaraq 30 Sentyabr 2020-ci il tarixində 5 milyon 370 min 705 manat təşkil edib.
Nağd pul vəsaitlərinin azalması ilə əlaqədar olaraq filialın aktivləri 98 milyon 718 min manatdan 86 milyon 239 min manata geriləyb.
KAPİTALIN TƏXMİNƏN YARISI “ƏRİYİB”
“Bank Melli İran" Bakı filialı 73 milyon 611 n 171 manat nizamnamə kapitalına malik olsa da 36 milyon 118 min 798 manat yığılmış zərərə görə 37 milyon 493 min 225 manat cəmi balans kapitalına malik olub.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 d. əvvəl
-
- 34 d. əvvəl
-
47 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə





























