Azərbaycan şirkətlərindən Yalta təkzibi
Ukraynanın Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak etdikləri iddia olunan və bununla bağlı barələrində istintaq hərəkətlərinin aparıldığı bildirilən Azərbaycanın bəzi dövlət və özəl təşkilatları bağlı yayılan məlumatlara münasibət bildirib.
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib ki, rəhbərlik etdiyi qurumun təmsilçilərinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Azərbaycanın Baş Prokurorluğu Azərbaycan Banklar Assosiasiyasına sorğu göndərib. ABA-nı təmsil edən şəxslər Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak etməyib. Bununla bağlı Banklar Assosiasiyasından Azərbaycanın Baş Prokurorluğuna rəsmi cavab göndərilib”.
“Azərbaycan Beynəlxalq Bankı” da 20-22 aprel 2017-ci il tarixində Yalta şəhərində keçirilən III Beynəlxalq İqtisadi Forumunda ABB nümayəndələrinin iştirakı barədə mətbuatda yayılan xəbərləri təkzib edib. Bankın mətbuat xidmətindən verilən məlumata görə, bank bu forumda təmsil olunmayıb. Mətbuat xidmətinin açıqlamasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq ABB-də əsas diqqətin hazırda sağlamlaşdırma tədbirlərinə yönəldiyi və bu cür forumlarda iştirakın planlaşdırılmadığı bildirilib.
“Azərsun Holding”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov da açıqlamasında təmsil etdiyi şirkətin nümayəndələrinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak etmədiyini vurğulayıb. “Bu məlumat doğru deyil. Bizim şirkət və nümayəndələrimizdən heç kim bu forumda iştirak etməyib. Bu forumda iştirak etmədiyimizə görə, Ukrayna prokurorluğu tərəfindən bizə heç bir formada cinayət işi açılmayıb”, - deyə A. Səfərov əlavə edib.
“Azərkosmos” ASC-dən verilən məlumata görə, şirkətin nümayəndələrinin sözügedən forumda iştirak etmələri barədə yayılan məlumatlar əsassızdır. “Bu gün bəzi kütləvi informasiya vasitələrində “Azərkosmos” ASC-nin nümayəndəsinin 20-22 aprel 2017-ci il tarixlərində Yalta şəhərində keçirilən “III Beynəlxalq iqtisadi forum”da iştirakı barədə məlumat yayımlanıb. Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. “Azərkosmos” ASC-nin heç bir əməkdaşı Yalta şəhərinə keçirilən “III Beynəlxalq iqtisadi forum”da iştirak etməyib”, - deyə məlumatda vurğulanıb.
SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev də təmsil etdiyi qurumun III Beynəlxalq İqtisadi Forumunda iştirak etmədiyini bildirib.
İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev də Azərbaycanın Rusiyadakı Ticarət nümayəndəsinin 20-22 aprel 2017-ci il tarixlərində Yalta şəhərində keçirilən “III Beynəlxalq iqtisadi forum”da iştirak etmədiyini deyib.
Qeyd edək ki, bəzi KİV-də yayılan məlumatlara görə, Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında bu ölkənin Baş Prokurorluğu Rusiya tərəfindən ilhaq olunmuş Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak edənlərlə bağlı istintaq hərəkətlərinə başlayıb.
İqtisadi forumun iştirakçıları Ukraynanın işğal altında olan ərazilərinə daxil olma qaydalarını pozmaqda təqsirli bilinirlər.
Forumun iştirakçıları arasında Azərbaycanın 17 iri dövlət və özəl şirkətlərinin nümayəndə heyətinin də olduğu bildirilir.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
1 gün əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























