Manatın 50%-ə yaxın dəyərdən düşdüyü gün - 1 il keçdi
Azərbaycan Mərkəzi Bankı 2015-cı ilin 21 Dekabr tarixində Manatda 2-ci dəfə devalvasiya tətbiq edərək rəsmi olaraq 1 dolları 1.55 manata bərabər etmişdi. Bu gün manatın ikinci devalvasiyasından 1 il keçir.
21 Dekabr 2015-ci il tarixində Manat Dollar qarşısnda təxminən 50% devalvasiya edilərək 1.05 manat səviyyəsindən 1.55 manat səviyyəsindək qaldırılmışdı.
2016-cı ildə Manatın məzənnəsi sabitləşmədi, milli valyuta dəyərdən düşməkdə davam etdi. Düzdür, bu ilin May ayında Manat Dollar qarşısında 1.49 səviyyəsinədək geriləmişdi. Amma bu çox çəkmədi, yazdan başlayaraq Dollar bahalaşmaqdadır.
"Marja"nın məlumatına görə, 21.12.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7575 manat səviyyəsində müəyyən olunmuşdur. Beləliklə, ötən bir ildə Manat dollar qarşısında daha 13,4% ucuzlaşıb. Bu nisbət Manat əmanətinə bankların təklif etdiyi faizə yaxındır. Ötən ilin sonunda və ya bu ilin əvvəlində banka 12%-lə əmanət yerləşdirmiş əmanətçilər faktiki olaraq qazanmayıblar, əksinə 1%-dən çox itiriblər. Pulunu evdə manatda saxlayanların zərəri isə daha böyükdür.
Pulunu dollarda saxlayanlar isə təbii ki, qazanıblar.
Elə buna görə dollarlaşma azalmır, banklara əhali tərəfindən 7 milyard 413,1 milyon əmanətlərin 81,1 faizi xarici, 18,9 faizi isə milli valyutada qoyulub.
Yaxın gələcəkdə Manatın daha da dəyərdən düşəcəyi proqnozlaşdırılır. Mərkəzi Bank tam “üzən məzənnə” sisteminə keçməyi hədəfləyir. Ekspertlər Manatın dollar qarşısında 2 manat 40 qəpiyədək ucuzlaşacağını gözləyirlər.
Manat əsl dəyərini tapmaq yolundadır. Bu dəyərin hansı səviyyədə olduğu tam dəqiq bilinmir.
QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN! – ƏTRAFLI >
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 d. əvvəl
- 10 d. əvvəl
- 36 d. əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
Ən çox oxunanlar
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)







.jpg)





.jpg)






