Goranboyda pambıq yığımında yeni nəsil kombayınları sınaqdan keçirilib
Kiçik pambıq təsərrüfatları üçün nəzərdən tutulan yeni kombaynların sınaq mərhələsi davam edir. Biləsuvar rayonundan sonra bu texnika Goranboy rayonunda sınaqdan keçirilib.
“Case New Holland Industrial” şirkəti ilə Aqroservis ASC-nin birgə təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yeni nəsil “Case” kombaynlarının pambıq sahələrində sınaq yığımları mərhələsinə xanım mexanizator da cəlb edilib.
”Aqroservis” ASC-nin Ağsu rayon bölməsində 4 il mexanizator olaraq çalışan Nəzakət Abuzərova bildirib ki, yeni nəsl kombaynlarının idarə edilməsi çox asandır. Belə ki, texnikanın yüngül və kiçik həcmli olması onun sahədə yaxşı manevr etməsinə və pambığın operativ yığılmasına imkan verir.
Qeyd edək ki, Azərbaycana gətirilən yeni nəsil kombaynlar ölkəmizdə fəaliyyət göstərən kiçik pambıq təsərrüfatlarının ehtiyaclarına uyğunlaşdırılıb. Bu layihə Azərbaycandakı kiçik fermerlərə pambıq yığımında dəstək olmaq məqsədi daşıyır. Yeni nəsil “Case” kombaynları ölkəmizdə mövcud olan digər kombaynlardan fərqli olaraq 2 sıralıdır və alternativi yoxdur. Kombaynın çəkisi az və ölçüsü yığcam olduğundan sahələrarası daşınması çox rahatdır. Eyni zamanda, ölçü və çəkisinin digər kombaynlarla müqayisədə az olması bu kombaynlara sahələrdə daha yaxşı manevr etməyə imkan verir. Bu kombaynlar daha az yanacaq sərf etdiyindən digər kombaynlarla müqayisədə istismar xərcləri azalır.
Bundan başqa, bu kombaynların ehtiyyat hissələrinin kompakt və asan konstruksiyası onlara daha rahat və tez başa gələn texniki qulluq göstərilməsinə imkan verir. Mütəxəssislər hesab edir ki, yeni nəsil kombaynın Azərbaycanın fermelərinin ehtiyaclarına uyğunlaşdırılması pambıq yığımında səmərəliliyin artırılması ilə nəticələnəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























