2020-ci ildə çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib
Sahələrdə çəltik yığımı davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, Noyabrın 20-nə olan operativ məlumata əsasən, fermerlər tərəfindən ilkin çəkidə 9821,9 ton çəltik yığılıb.
Aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi nəticəsində bu il çəltikçilikdə orta məhsuldarlıq göstəricisi yüksəlib.
Ötən ilin yekununa əsasən, çəltikçilikdə yekun orta məhsuldarlıq 29,9 sentner olub. Bu il çəltikçi fermerlər mövsümün yekununa xeyli qalmış bu göstəricini yeniləyiblər. Belə ki, noyabrın 20-nə olan məlumata görə, çəltik üzrə orta məhsuldarlıq 34,3 sentnerə yüksəlib.
Qeyd edək ki, bu il Azərbaycanda 3030,9 hektar sahədə çəltik əkilib, indiyədək 2863,9 hektar sahə biçilib. 2020-ci ildə Azərbaycanda çəltik əkini sahələrinin yarıdan çoxu ənənəvi çəltikçilik bölgələrindən olan Lənkəran, Ağdaş və Ucar rayonlarının payına düşür. 2020-ci ildə Lənkəranda 730,5 hektar, Ağdaşda 615 hektar, Ucarda 550 hektar sahədə çəltik əkilib.
Hazırda çəltik üzrə üzrə orta məhsuldarlıq Zərdabda 48,7 sentner, Astarada 41,2 sentner, Göyçayda 38 sentner, Masallıda 34,2 sentner, Lənkəranda 34,1 sentner, Ağdaşda 32,1 sentner, Ucarda isə 31,9 sentner təşkil edir.
Hazırda sahələrdə yığım davam edir, yığım prosesinin optimal müddətdə başa çatdırılması gözlənilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























