Marcom və Bakudez birgə əməkdaşlıq edəcəklər
Yerli bazar iştirakçıları üçün daima yeni marketinq xidmətləri təqdim edən Marcom Marketinq və Kommunikasiyalar şirkəti Bakudez - Bakı Dezinfeksiya Mərkəzinə marketinq dəstəyi göstərəcək.
Marcom Şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev əməkdaşlıq üçün yol xəritəsinin təqdim olunduğunu söylədi.
“Pandemiya dövründə dezinfeksiya işləri ilə məşğul olan bir şirkətin marketinqə diqqət ayırmasını müsbət hal kimi dəyərləndiririk. Biz ilkin mərhələdə şirkətin bazarda inkişaf perspektivlərini müəyyən etdik və bu istiqamətdə gediləcək yolun xəritəsini hazırladıq. Şirkətin əvvəlki korporativ dəst xətti bir çox kommunikasiya vasitələrində ciddi problemlər yaratdığı və şirkətin fəaliyyət istiqamətini məhdudlaşdırdığı üçün xidmətlərin icrasına şirkətin yeni vizual konseptindən başladıq. Yeni təqdim etdiyimiz loqo şirkətin fəaliyyət istiqamətini tam olaraq özündə əks etdirir. Yeni loqoda irəli işarəsi, su damcısı, molekul və xidmətlərin çoxluğu əks olunmuşdur. Artıq şirkətin xidmət kataloqu, məhsulları və digər kommunikasiya vasitələri üzrə işlər tamamlanmışdır. Yaxın günlərdə şirkətin yeni dəst xəttinə uyğun veb saytını təqdim etməyi planlaşdırırıq.”
Bakudez şirkətinin direktoru Coşqun Qurbanov Marcom şirkəti ilə olan əməkdaşlığı yüksək qiymətləndirdiyini açıqlayıb.
“2019-cu ildə yaradılan şirkətimiz, ilk vaxtlarda dezinfeksiya şirkəti kimi fəaliyyət göstərsə də, zamanla xidmət və satış imkanlarını genişləndirməyə başladı. Müştərilərimizin tələb və təkliflərini qarşılamaq üçün əlavə olaraq marketinq dəstəyinə ehtiyac olduğunu qərara aldıq. Biz bir çox marketinq şirkətləri ilə görüşdük. Lakin Marcom şirkətinin təqdim etdiyi yol xəritəsi bizim getmək istədiyimiz yol ilə daha çox uyğunluq təşkil etdiyi üçün əməkdaşlığa razılıq verdik. Marcom şirkəti qısa müddət ərzində bizim brendinq, kontent marketinq, xidmət kataloqu və digər kommunikasiya vasitələri üzrə işlərimizi formalaşdırmağı bacardılar. Hal-hazırda biz birlikdə qısa müddət ərzində fundamental işlərin bitməsi üzərində çalışırıq. Şirkətin gördüyü işlərin və verdiyi tövsiyələrin Bakudez markasının inkişafı üçün faydalı olacağına inanırıq.”
Qeyd edək ki, Marcom şirkəti bu ilin sonuna kimi şirkətin rəsmi veb saytını təqdim etməyi planlaşdırır. Növbəti mərhələdə tərəflər saytın google-a indeksasiya olunması üçün SEO Optimizasiya və digər rəqəmsal marketinq alətləri üzrə xidmətlərin icrasına start verəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
9 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)







