"Anglo-Asian Mining”: “Gədəbəy” yatağına heç bir ziyan dəyməyib
Azərbaycan-Ermənistan arasında sentyabrın 27-də başlamış Vətən müharibəsi zamanı Azərbaycanın “Gədəbəy” yatağına heç bir fiziki ziyan dəyməyib.
Bu barədə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, yataq normal qaydada fəaliyyətini davam etdirir: “Artıq Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərə son qoyulduqdan və müharibənin dayandırılması ilə bağlı bəyannamə imzalandıqdan sonra, "Anglo-Asian Mining Plc." 1997-ci ildə Azərbaycan ilə Hasilatın Pay Bölgüsü Sazişinə daxil olan üç müqavilə sahəsi üzrə planlarını açıqlayacaq. Çünki, bu yataqlar artıq əlçatan hala gəlib”.
"Anglo-Asian Mining Plc." Şirkətinin baş direktoru Reza Vəziri bildirib ki, bu il şirkət üçün çox çətin bir il olub: Onun sözlərinə görə, çətinliklər COVID-19 pandemiyası səbəbilə davam edən məhdudiyyətlərlə başlayıb. İli Azərbaycan və Ermənistan və beynəlxalq sülhməramlılar arasında imzalanan müharibənin dayandırılması ilə bağlı bəyannamənin imzalanması ilə yekunlaşdırırıq”.
R.Vəziri qeyd edib ki, bütün bu maneələrə baxmayaraq, şirkət fəaliyyətini davam etdirir və il ərzində 100 milyon ABŞ dollarından çox dövriyyəyə nail olma yolunda hədəfə doğru irəlliləyir. Bununla yanaşı, şirkət əhəmiyyətli dərəcədə balansını möhkəmləndirib və səhmdarlarına dividend ödəyir”.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 17 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Fevralın 26-da gözlənilən hava şəraiti
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Ən çox oxunanlar
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN


















