Rövnəq Abdullayev və Vahid Ələkbərov arasında görüş keçirilib
"Lukoil" SOCAR-la əməkdaşlığı genişləndirməkdə maraqlıdırSOCAR-ın prezidenti Rövnəq Abdullayev və Rusiyanın "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib.
SOCAR-ın yaydığı məlumata görə, görüşdə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev iştirak ediblər.
Görüşdə “Lukoil” şirkəti ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə “Lukoil”in iştirakı yüksək qiymətləndirilib və “Naxçıvan”, “Qoşadaş” strukturlarında əməkdaşlığın davam etdirilməsi haqqında müzakirələr aparılıb.
V. Ələkbərov “Lukoil” şirkətinin mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirərək, Azərbaycanda neft-qaz kəşfiyyatı və hasilatı sahəsində keçirilən digər layihələrdə də şirkətin mümkün iştirakı ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “Lukoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Həmçinin cari ilin yanvarında iki şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, “Lukoil” Azərbaycanda pərakəndə yanacaq bazarında iştirak edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)








