Pandemiyada qazananlar və itirənlər – SAQQIZ SATIŞLARI…
COVİD-19 epidemiyası bütün dünyada davranışları dəyişib. Almaniyanın Bazar Araşdırma Mərkəzi (GFK) apardığı araşdırmanın nəticələrini "Müştərilərin davranışları təməldən dəyişdi" başlığı ilə dərc edib. Marja xəbər verir ki, hazır qidada, nəqliyyatda və onlayn satışlarda dövriyyələr kəskin artıb, geyim və təyyarə şirkətləri böyük ziyana düşüblər.
Araşdırmaya görə:
- Fərdi gigiyena məhsulları: Ən böyük artım bu sahədədir. Qulluq, təmizlik vəsaitləri, maskalar –bu cür məhsulların satışlarındakı artım 68%-ədək artıb.
- Puzzle (pazl) və tapmaca (quraşdırılan) oyuncaqlar: Bu sahədəki istehsalçılar və oyuncaq satanlar məmnundurlar. Çünki insanlar evdə daha çox vaxt keçirir. Puzzle satışları 26% artıb.
- Bağça mebelləri: Evdən işləyənlər bağçalarına da diqqəti artırıblar. Yeni mebellər alınır. Bağça mebeli satışları 22% artıb. Bağça oyuncaqları satışları 53% yüksəlib.
- Bəzi ofis əşyaları və ləvazimatları: Evdən işləyənlərin masa-kreslo kimi mebellərə ehtiyacı yarandı. Artım 46%-ə çatıb.
- Parça, tikiş-naxış: Nənələrimiz və analarımızın etdiyi kimi, tikiş-naxış ilə maraqlananlar da az deyil. Öz pərdəsini, paltarını ya da müxtəlif geyimlərini tikənlər satışlarda 38% artım təmin ediblər.
- Qəhvə maşını və velosipedlər: Almaniyada qəhvə maşını satışları 20% artıb. Normal velosipedə rəğbət artıb. Elektrikli velosipedlərin satışı da 18% artıb.
- Kostyum və pencək: Koronavirus pandemiyası dövründə ən çox kişi kostyumları və pencəklərinin satışı azalıb. Evdə qalanlar və evdən işləyənlər rahat geyimləri seçir. Azalma 56%-ə çatıb.
- Çamadan və çantalar: Ölkələr bağlandı. Səyahətlər kəskin azaldı və dolayısı ilə çamadan və çantalara tələb azaldı. Bu məhsulların satışı 55% azalıb.
- Naviqasiya alətləri: Avropa daxilində çoxlu sayda avtomobilin artıq qonşu ölkələrə məcbur qalmadıqca getməməsi, azalmanın bir səbəbidir. Satışlarda azalma 49%-dir.
-Kamera, fotoaparat: Foto sektoru cib telefonlarından aldığı zərbə ilə bərabər, koronavirus ilə də ağır zərbə "yedi". Fotoaparat satışı 36% azalıb.
- Linza, qulluq məhsulları və saqqız: Fərdi qulluq məhsulları satışı da azalıb. Bu sahədəki azlma 34%-ə çatır. Saqqız satışları 11.5% düşüb.
- Qadın paltarları, kostyum və ayaqqabıları: Qadın paltarları, tək pencək kimi məhsulların satışı 33%, qadın ayaqqabıları satışı 29% azalıb. Ətir satışları 10.9%, manikür dəstləri satışları 15.1% düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
44 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)






