Azərbaycanda ən güclü "PUBG" oynayanlar müəyyən olunacaq - 5 MİN MANAT MÜKAFAT
"PUBG Mobile" oyunu üzrə Red Bull M.E.O. 2020 turnirinə qeydiyyat başladı!21-27 dekabr tarixləri aralığında “PUBG Mobile” oyunu üzrə növbəti Red Bull M.E.O. 2020 turniri keçirələcək. Bu dəfəki turnir digərlərindən daha böyük mükafat fondu ilə yadda qalacaq. "Cahan Holding"dən MArja-ya daxil olmuş məlumata görə, Red Bull M.E.O. turnirində ölkənin ən güclü komandası müəyyən olunacaq və qalib komanda 5000 AZN dəyərində birincilik mükafatı əldə edəcək.
Turnirin dəstəkçisi ölkəmizdə HONOR brendinin eksklüziv distribüteri İrşad Electronics şirkəti (link to https://bit.ly/3qwG0GF ) ikinci yeri tutan komandanın hər bir üzvünə HONOR Pad V6 planşetlərini, üçüncü yerə layiq görülən komanda üzvlərinə isə 128 GB daxili yaddaşa sahib HONOR 9X smartfonlarını hədiyyə edəcək.
Tamamilə onlayn formatda baş tutacaq turnir üç mərhələdən ibarət olacaq. 21-25 dekabr aralığında turnirin seçmə mərhələsi keçiriləcək. 26 dekabr tarixində yarım-final mərhələsi, 27 dekabr tarixində final mərhələsi baş tutacaq.
Xatırladaq ki, “PUBG Mobile” oyunu üzrə Red Bull M.E.O. 2020 turnirində 18 yaşına çatmış Azərbaycan vətəndaşları iştirak edə bilər. İştirak ödənişsizdir.
Qeydiyyatdan indi keç: REDBULL.AZ/MEO
İrşad Electronics və Azərbaycan Kiber İdman Federasiyası Red Bull M.E.O. 2020 turnirinin rəsmi tərəfdaşlarıdır.
"Oynayır hamı, qalib gəlir biri! Bu keçiddən istifadə edərək turnirə qoşul və 5000 AZN pul mükafatı və ya dəyərli hədiyyələr qazanma şansını əldə et",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























