GoldenPay/Hesab.az və İNAYƏ xeyriyyə ictimai birliyinin əməkdaşlığı baş tutdu!
(®️) Azərbaycan tarixinin ən şanlı qələblərindən olan 2-ci Qarabağ müharibəsində qələbəmizi cəsur və yenilməz Azərbaycan əsgərinə borcluyuq. Vətən uğrunda canlarından, qanlarından keçən hər kəsə ömrümüzün sonuna kimi borcluyuq. Şəhidlərimizin, qazı və əsgərlərimizin bizə əmanət etdiyi ailələrinə sahib çıxmaq, maddi, mənəvi olaraq yanlarında olmaq hər birimizin insanlıq, vətəndaşlıq borcumuzdur. Bu təşəbbüslə GoldenPay/Hesab.az və İNAYƏ xeyriyyə ictimai birliyinin “Gözünüz arxada qalmasın” aksiyası çərçivəsində xeyriyyə məqsədli əməkdaşlığı baş tutdu.
“Gözünüz arxada qalmasın” aksiyası çərçivəsində Bakı, Qəbələ və Daşkəsən şəhərlərində daha 120 ailəyə GoldenPay/Hesab.az və xeyriyyəçi insanların dəstəyi ilə ərzaq sovqatı çatdırıldı.
Daim olaraq sosial məsuliyyət layihələrində, aksiyalarında iştirak edən, xeyriyyə məqsədli görülən işlərə dəstəyini göstərən GoldenPay/Hesab.az şirkəti növbəti dövrdə də sosial məsuliyyət kampaniyalarında aktiv şəkildə iştirak etməyi planlayır.
İNAYƏ xeyriyyə ictimai birliyinə maddi yardım edərək və aztəminatlı Şəhid, qazi, əsgər ailələrinə dəstək ola bilərsiniz. Dəstək üçün: https://bit.ly/3qFzXzF
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























