Yekaterinburq şəhərindən Lənkərana aviareys açılacaq
Rusiyanın "Nordwind Airlines" aviaşirkəti Yekaterinburqdan Lənkərana mütəmadi aviareyslər yerinə yetirəcək.
Aviaşirkət qeyd edilən istiqamət üzrə uçuşlar həyata keçirmək üçün "Rosaviasiya” İdarəsindən müvafiq icazə alıb. Aviaşirkət Yekaterinburq-Lənkəran reyslərini həftədə 3 dəfə həyata keçirməyi planlaşdırır.
"Aviaşirkət, həmçinin Moskva və Sankt-Peterburqdan da Lənkərana uçmağı planlaşdırır", - deyə məlumatda əlavə edilib.
Qeyd dək ki, hazırda Yekaterinburqun Koltsovo beynəlxalq hava limanından Bakıya birbaşa uçuşlar yerinə yetirilir. Uçuşları "Ural Airlines" icra edir.
Koltsovo beynəlxalq hava limanı mart ayının sonundan yay qrafikinə keçib. Bu mövsümdə Yekaterinburqdan 34 aviaşirkət 79 istiqamət üzrə uçuşlar yerinə yetirəcək.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
16 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
21 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
1 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















