SOCAR fevralda Pakistana LNG-ni ən ucuz qiymətə çatdıracaq
Pakistan hökuməti təbii qaz böhranını aradan qaldırmaq üçün plan hazırlayıb.
Pakistan mətbuatının verdiyi məlumata görə, bunu Pakistan Baş nazirinin neft məsələləri üzrə köməkçisi Hadim Babar bildirib.
Bununla bağlı artıq Pakistan gələn ilin fevral ayı üçün LNG yükünün idxalı üçün müraciət edib və qaliblər müəyyən edilib.
Belə ki, “Pakistan LNG Limited” (PLL) şirkəti ən ucuz qiymətlər təklif edib. Şirkətin təklif etdiyi qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 20,8483 - 23,4331 % aralığında dəyişir. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 15-16 fevral və 23-23 fevral tarixləri müəyyən olunub.
PLL iki LNG yükünün alınması ilə bağlı tender elan edib və 5 LNG satıcısından müraciət daxil olub. Bu mrüaciət edən şirkətlər arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Trafigura”, “Gunvor” və ENOC var.
SOCAR Pakistana LNG qazının çatdırılması üçün ən ucuz qiyməti təklif edib. Belə ki, SOCAR-ın 1 milyon mmbtu (Britaniya istilik vahidi) üçün təklif etdiyi qiymət 10,5 ABŞ dolları olub. Yükün çatdırılma müddəti isə 15-16 fevral tarixlərində baş tutacaq. ENOC isə fevralın 23-24-də çatdırılma ilə 1 milyon mmbtu üçün təklif etdiyi qiymət 11,70 ABŞ dolları olub.
“Gunvor” şirkəti “Brent” markalı neftin qiymətinə nisbətdə 25,5666 % və 23,5666 % təşkil edib. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 15-16 fevral və 23-24 fevral tarixləri müəyyən olunub.
Digər tədarükçü şirkət isə “Trafigura” olub. Bu şirkətin iki müraciəti qəbul edilib. Şirkətin təklif etdiyi qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 32,4888 % təşkil edib. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 15-16 fevral müəyyən olunub. İkinci lot üzrə isə təklif edilən qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 25,9777 % təşkil edib. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 23-24 fevral tarixləri müəyyən olunub.
“Report”
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
3 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 21 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Ən çox oxunanlar
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
























