Tramp tərəfdarlarının hücumu dolların ucuzlaşması ilə müşahidə edilib

Beynəlxalq valyuta birjalarında İngiltərə, Almaniya və Avrozonaya dair fundamental göstəricilərin proqnozlaşdırılanın altında dərc edilməsindən sonra EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.2350 və 1.3670$-da müqavimətlə rastlaşaraq, cari səviyyələrə yaxın ticarət edilirlər.
Amerikada keçirilən Senatda son iki yer uğrunda Demokratların qalib gəlməsi ilə ölkədə siyasi blokadanın qarşısının alınması, güvənli liman maliyyə aləti kimi qızılın da 1959$-da müqavimətlə rastlaşaraq ucuzlaşması müşahidə edilir. Bununla parlamentin aşağı və yuxarı palatalarında üstünlüyü ələ alan Demokratlar, gələcəkdə siyasi iradələrini həyata keçirmələrində maneə ilə rastlaşmayacaqlar.
Bununla yanaşı, həm prezident, həm də Konqres uğrunda keçirilən seçkilərin nəticələri ilə barışmayan Donald Tramp və tərəfdarlarının, parlamentə hücum etmələri ilə bərabər foreks bazarlarında dolların da ucuzlaşması müşahidə edilib.
Beləliklə, bir tərəfdən avro və funtun rastlaşdığı müqavimətlə dəstək görən dollar, digər tərəfdən də ölkədə siyasi xaosun yaşana biləcək ehtimalları dolları təzyiq altında saxlayır.
Enerji birjalarında isə "OPEC Plus"-un günlük hasilatın 1.350 milyon barel azaldılması qərarından sonra Amerikada son bir həftə ərzində neft ehtiyatlarının 8 milyon barel azalmasına dair fundamental göstəricilər, Brent neftinin 55$-a kimi dəyər qazanmasına səbəb olub.
"OPEC Plus"-un qərarına əsasən, fevral və mart aylarında günlük təklif Rusiya tərəfindən 65 000 barel, Qazaxstan tərəfindən 10 000 barel artırılır, Səudiyyə Ərəbistanı və digər neft ölkələri isə könüllü olaraq 1.425 milyon barel azaldır.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti dəyər qazanmaqda davam edir. Hazırda 37755$-ın üzərində ticarət edilən BTUSD məzənnəsi, bununla da son bir il ərzində 900%, son bir ay ərzində 133% bahalaşmış olur.
Treyderlər bu gün, eyni zamanda, Avrozonadan Bakı vaxtı ilə saat 14:00-da inflyasiya və saat 19:00-da ABŞ-ın xidmət sektorunda biznes aktivliyini ölçən indeksin yayımlanmasını böyük maraqla gözləyirlər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
6 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
7 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
