Türkiyədə 7/24 pul transferini təmin edən yeni ödəmə üsulu işə salındı
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB), 18 dekabrda pilot tətbiqinə başladığı və vətəndaşların fərqli banklardakı hesabları arasındakı pul transferlərini 7 gün 24 saat reallaşdırmalarını təmin edəcək olan yeni ödəmə sistemi - FAST-ı (Pulun Ani və Davamlı Transferi) 8 Yanvardan etibarən istifadəyə verdiyini açıqlayıb.
Marja xəbər verir ki, banklar 18 dekabrdan bu yana işçiləri vasitəsilə FAST sistemini test edirdilər. İlk mərhələdə 11 bankın daxil olduğu sistem, zamanla bütün banklar, ödəmə şirkətləri və maliyyə texnologiya şirkətləri tərəfindən istifadə edilməyə başlanacaq.
8 Yanvardan maksimum 50 TL limit ilə başlayan sistemin, bir neçə gün ərzində 250 TL-yə, bir ay ərzində də 1.000 TL-yə yüksəldiləcəyi bildirilib.
FAST, yalnız bir pul transferi vasitəsi deyil, eyni zamanda yeni bir ödəniş üsuludur. İlk mərhələdə FAST ilə reallaşan pul transferlərinin 45 saniyədə edildiyini bildirən bank əməkdaşları, TCMB-nin banklardan zamanla bu müddəti 2-3 saniyəyə endirmələrini gözlədiyini bildiriblər.
Bank əməkdaşları, əməliyyat müddətinin azalması ilə FAST-ın alış-verişlərdə alternativ bir ödəmə üsulu olacağını vurğulayırlar. Yəni market, bazar kimi yerlərdə gündəlik alış-verilərdə də FAST ilə də ödəniş edilə bilinəcək. Sistem yalnız bir adamdan digər adama deyil deyil, kommersiya ödəmələrdə də istifadə edilə bilinəcək.
FAST Sistemi ilə, IBAN nömrəsi olmadan, telefon nömrəsi, şəxsiyyət nömrəsi və ya e-poçt ünvanı kimi məlumatlardan istifadə edilərək 7 gün 24 saat ödəmə edilə bilinir.
Transfer əməliyyatı bankların mobil ya da internet proqramlarındakı FAST bölməsindən ediləcək.
Qeyd edək ki oxşar sistem (Ani Ödənişlər Sistemi) Azərbaycanda ötən il Mərkəzi Bank tərəfindən istifadəyə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















