Çinin texnologiya nəhəngi də elektromobil istehsal edəcək
Dünyanın bir çox texnologiya nəhəngi ardıcıl elektrikli avtomobil (elektromobil) sektoruna girmək planlarını açıqlayırlar. Çinin texnologiya nəhəngi "Baidu" da bu sektora daxil olmaq üçün "Geely" ilə ortaq bir şirkət quracaqlarını açıqlayıb.
Çinin axtarış sistemi "Baidu", avtomobil istehsalçısı "Zhejiang Geely Holding Group" ilə ağıllı elektrikli avtomobil istehsal etmək üçün ortaq bir şirkət quracağını açıqlayıb.
Marja xəbər verir ki, sürücüsüz idarəetmə texnologiyası və internet əlaqəsi infrastrukturu inkişaf etdirən "Baidu", yeni elektrikli avtomobilin "Baidu"nun ağıllı sürüş texnologiyaları və "Geely"nin avtomobil istehsalı bacarığı ilə ortaya çıxacağını qeyd edib.
"Baidu"nun açıqlamasına görə, yeni qurulan şirkət "Baidu"dan ayrı olacaq və "Geely" də strateji bir sərmayəçi mövqeyində olacaq.
Ötən həftələrdə "Apple" və LG şirkətləri də elektrikli avtomobil sektoruna daxil olacaqlarını açıqlayıblar.
"Apple" "Hyundai" ilə, LG isə "Magna International" ilə əməkdaşlıq edəcək.
Apple-ın tədarükçüsü "Foxconn" da elektromobil istehsal etmək üçün Çinin elektrikli avtomobil startapı "Byton" ilə danışıqlar aparır.
Elektrikli avtomobil ektoruna maraq gedərək artır. "Tesla"nın rəhbəri Elon Musk, Jeff Bezosu keçərək dünyanın ən varlı adamı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
-
54 d. əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 57 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 2 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
