"Vaxtına qənaət etmək və qərarları tez qəbul etmək bacarığı seçdiyimiz Bankın güclü tərəfidir" - MÜSAHİBƏ
“Hermes Finance” şirkətinin baş direktoru Vüqar Məmmədovla müsahibə
- Müasir dünyada bir sahibkarın maliyyə tərəfdaşı axtarışında düzgün seçim etməsi nə dərəcədə vacibdir?
- Bu qərar istənilən iş üçün əsas məqamlardan biridir. Bank seçiminin uğurlu olması güclü işgüzar münasibətlər qurmaq və istənilən vaxt güvənə biləcəyiniz etibarlı və daimi maliyyə tərəfdaşı tapmaq üçün təməl olacaqdır.
- Bir iş lideri olaraq hansı səbəbləri üstün tutaraq PAŞA Bank ilə əməkdaşlıq qərarına gəldiniz? Bu qərarı verərkən nəyə əsaslanırdınız?
- Qərarımızı Azərbaycanın bank sektorunda PAŞA Bankın aparıcı banklardan biri və ən güclü bazar mövqelərindən birinə sahib olmağına əsaslanaraq verdik. PAŞA Bankın iş fəlsəfəsi, Bankın riayət etdiyi dəyərlər, bizdə həqiqi etimad və hörmət yaradır eləcə də, bütün gözləntilərimizə cavab verir.
- PAŞA Bankın təqdim etdiyi hansı effektiv vasitələr işinizi inkişaf etdirməyə kömək edir?
- Əslində çoxdur. Ancaq qeyd etmək istərdim ki, bizim üçün ən başlıcası, işimizin xüsusiyyətləri nəzərə alınmaqla iş ehtiyaclarımıza fərdi yanaşmadır. Əlbəttə ki, ayrılan kreditlərin miqdarı, dövriyyə kapitalı və digər göstəricilər çox vacibdir, lakin PAŞA Bank nümayəndələrinin etibar, sağlam işgüzar münasibətləri və insani keyfiyyətləri bizim üçün birinci yerdədir. Əminəm ki, PAŞA Bankın bütün müştəriləri və tərəfdaşları öz iş tələblərinə belə fərdi yanaşmadan tam yararlanırlar.
- Seçdiyiniz bankla uzunmüddətli əlaqələr qurmaq nə qədər vacibdir və bunun üstünlükləri nədədir?
- Bir sahibkarın, real sektorun hansı seqmentini təmsil etməsindən asılı olmayaraq, etimad etdiyi bankla daim işləməsi çox vacibdir. Birincisi, bir maliyyə institutu ilə davamlı əməkdaşlıq qarşılıqlı etimadın əsas təməlinə çevrilir, ikincisi, Bank hər bir müştərinin bütün tələb və ehtiyaclarını bilir, bu da sonuncunun davamlı dəstəyə əmin olmasına imkan verir. Bir biznes eyni anda bir neçə kredit təşkilatı ilə işlədikdə belə bir münasibət səviyyəsinə çatmaq çox çətindir.
- PAŞA Bank ilə əməkdaşlığın hansı tərəfləri Sizə rəqabət üstünlüklərini qazanmağa imkan verir?
- Biz işimizdə qərarların tez verilməsini çox vacib hesab edirik. Bir sahibkarın vaxtına qənaət etmək və ən qısa müddətdə bütün lazımi qərarları tez qəbul etmək bacarığı PAŞA Bankın çox dəyər verdiyimiz güclü tərəfidir.
- Müasir şəraitdə biznesini inkişaf etdirən sahibkarlara əsas tövsiyəniz nədir?
- Düşünürəm ki, istənilən çətin dövrdə biznesin uğuruna inanmalı, səbir və davamlı irəliləməyin arzu olunan nəticələrə səbəb olacağını başa düşməlisiniz. Dövlət səviyyəsində iqtisadiyyatdakı mənfi nəticələrin azaldılması üçün bütün tədbirlər görülür və zaman göstərdiyi kimi, belə çətin dövrləri uğurla keçən sahibkarlar işlərinin gələcək davamlı inkişafı üçün əvəzolunmaz təcrübə və bacarıqlar əldə edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























