Türkiyə şirkəti Azərbaycanda “Milli Lotereya” həyacanını başlada bilər
Xəbər verdiyimiz kimi, 16 Yanvar 2020-ci il tarixində Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.
Marja xəbər verir ki, Türkiyənin ilk sabit ehtimallı idman təxmin oyunu "İddaa",idman növlərini (futbol, basketbol, voleybol, həndbol v.s.) sabit ehtimallı təxmin oyunu ilə daha da əyləncəli edən “Misli.com” və əyləncəli şans oyunları təqdim edən "Sisal Şans" Türkiyənin “Demirören Holding”ə bağlı “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəməsi olan "Sisal Şans" şirkəti tərəfindən təqdim edilir.
10 İL İTALYANLAR İLƏ İDARƏ EDƏCƏKLƏR
1939-cu ildən fəaliyyət göstərən Türkiyə Milli Lotereya İdarəsi 1 avqust 2020-ci ildən etibarən Türkiyədəki şans oyunlarını idarə etmək səlahiyyətini 10 il müddətinə "Sisal Şans" şirkətinə verilmişdir. Qardaş ölkədə məşhur "Milli Piyango" lotoreyaları "Sisal Şans" tərəfindən keçirilir. Xüsusilə il sonu "Milli Piyango" Türkiyədə daha məşhurdur.
“Milli Piyango” layihəsinə “Milli Piyango”, “Sayısal Loto”, “Süper Loto”, “On Numara”, “Şans Topu” və “Kazı Kazan” oyunları daxildir. Bütün bu oyunlar “Demirören”in ortaq olduğu “Sisal Şans İnteraktif Hizmetler ve Şans Oyunları Yatırımları” şirkəti ("Sisal Şans") tərəfindən keçirilir. “Sisal Şans” Türkiyəni “Şans Dijital ve İnteraktif Hizmetler Teknoloji Yatırım A.Ş.” şirkəti və İtaliyanın “Sisal S.p.A” şirkətilə ortaq qurulub.
Qeyd edək ki, “Azərlotereya”nı idarəetməyə götürən “YMT Sans B.V.” qapalı şirkəti 2020-ci ildə Niderlandda qeydiyyata alınıb. Bu şirkətin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olduğu məlumatı verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)









