Ötən il xəstəxanalara ən çox bu xəstəliklər ilə bağlı müraciət edilib
İcbari tibbi sığorta çərçivəsində 8 milyondan çox tibbi xidmət göstərilib
İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən Mərkəzi Xəstəxanaların və onların struktur bölmələrinin, habelə Müalicə Diaqnostika Mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatlara əsasən 2020-ci il ərzində 1 147 834 nəfər sözügedən müəssisələrə ümumilikdə 4 170 432 dəfə müraciət edib. Bu müraciətlər üzrə 8 339 508 tibbi xidmət göstərilib. Beləliklə, sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan əhalinin 50%-i tibb müəssisələrinə müraciət edərək xidmətlərdən yararlana bilmişdir.
Ən çox müraciət olunan şəhər və rayonların beşliyi: Mingəçevir şəhəri (449 837), Xaçmaz (348 856), Ağdaş (328 756), Zaqatala (291 814) və Yevlax (275 779) rayonları.
Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1 156 586), Xaçmaz (615 557), Ağdaş (512 834), Yevlax (512 451) və Şəki (510 891) rayon Mərkəzi Xəstəxanalarıdır (523 632).
Müraciətlərin çoxu ümumi tibbi baxışla (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla) (503 381), habelə qan dövranı sistemi (210 201), tənəffüs sistemi (179 376), endokrin sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları (171 622), sidik-cinsiyyət sistemi (148 907) və həzm sistemi (135 803) xəstəlikləri ilə bağlı olub.
İlkin hesablamalara görə 2020-ci il ərzində stasionarda cərrahi profil üzrə 255 538 sayda xidmət göstərilib. Bundan başqa 2176 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 103 nəfərini uşaqlar təşkil etmişdir. Sayca ürək və damar cərrahiyyəsi (1252), oftalmologiya (402), urologiya (207), neyrocərrahiyyə (179) və travmatologiya (80) üzrə əməliyyatlar çoxluq təşkil edir. Uşaqlar üzərində ürək və damar cərrahiyyəsi üzrə əməliyyatlarının sayı 68 olub. Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.
Qeyd olunmalıdır ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmiş tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə 13 tibbi ərazi bölməsi (TƏB) yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i və Sumqayıt TƏB-ə aid olan Xızı rayonunu əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, 2020-ci il ərzində ən çox Şəki-Zaqatala TƏB-ə müraciət edilib. Belə ki, Şəki-Zaqatala TƏB üzrə 1 345 727, Bərdə-Yevlax TƏB üzrə 1 054 372, Quba-Xaçmaz TƏB üzrə 729 871, Göyçay-Kürdəmir TƏB üzrə 623 978, Dağlıq Şirvan TƏB üzrə 403 146, Xızı rayonu üzrə isə 13 336 müraciət qeydə alınıb.
2020-ci ilə dair dəqiqləşdirilmiş hesabat cari ilin mart ayının sonunda hazırlanacaq.
Xatırladaq ki, Agentlik tərəfindən icbari tibbi sığorta 1 yanvar 2020-ci il tarixindən etibarən 23 inzibati ərazidə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir. Qeyd olunan ərazilərdə ümumi əhali sayı 2 256 000 nəfər təşkil edir.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
-
4 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
6 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
6 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
6 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
