Türkiyə markası "Chef Börek" Azərbaycan bazarına daxil olur
Türkiyənin börek markası "Chef Börek" Azərbaycan bazarına daxil olur.
Marja xəbər verir ki, Türkiyə Respublikasının vətəndaşı Yılmaz Cuma Azərbaycanda "Chef Börek Azerbaijan" MMC şirkətini yaradıb. Şirkət ötən ilin Dekabr ayında dövlət qeydiyyatına alınıb və hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev ev.17B-dir.
"Chef Börek", börek növlərilə Türkiyənin ən zəngin menyusuna sahibdir. Börəklər, qəhvələr, çaylar və digəe içkilər "Börek Restaurant & Cafe"lərdə müştərilərə təklif edilir.
Hazırda Türkiyədə "Chef Börek"in 65 şöbəsi var və sayın 100-ə çatdırılması hədəflənir.
Türk yemək mədəniyyətində xəmir işlərinin yeri başqadır. Səhərdən axşama istər yeməkdən əvvəl, istər sonra süfrəyə verilərək sevilə-cevilə yeyilən xəmir yeməkləri Orta Şərqdən Balkanlara, Şimali Afrikadan Orta Asiyaya qədər geniş bir coğrafiyanı əhatə edir. Osmanlı mətbəxinin hökm sürdüyü torpaqlarda qoyduğu irslərdən biri də börek yeməyidir.
Börek nədir? - Sadə dillə desək, açılmış xəmirin və ya yuxanın arasına müxtəlif yeyəcəklərin qoyularaq bişirildiyi bir yeməkdir. İçliyi qiymədən pendirə, göbələkdən toyuğa, kartofdan ispanağa qədər hər şeydən ola bilər. Həm qaz üzərində tavada qızardılaraq, həm sac üstündə, həm də elektrikli sobada bişirilir. Ona görə də Türkiyə mətbəxində böreyin yüzlərlə növü vardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







