Bank “BTB” 2020-ci ilin yekun nəticələrini açıqladı
Bank “BTB” ASC 2020-ci ilin maliyyə göstəricilərini təqdim edib.
Bankdan Marja-ya daxil olmuş press-relizdə bildirilir ki, bankın aktivləri 356 milyon 136 min manat təşkil edib, bu isə 2019-cu il ilə müqayisədə 4% artım deməkdir.
Bank BTB 2020-ci il ərzində kredit portfelini 3% artıraraq, 219 milyon 344 min manata çatdırmışdır. Adi və sosial ipoteka kreditlərinin üstünlük təşkil etdiyi istehlak kreditləşməsi ilə yanaşı, biznes kreditləşməsində də bank aktiv iştirak etmişdir. 2019-cu il ilə müqayisədə 2020-ci ildə Bank BTB-nin faiz gəlirləri 4 milyon 84 min manat, yəni 19% artaraq 26 milyon 101 min manat təşkil etmişdir.
2020-ci il ərzində bankın depozit portfeli 139 milyon 347 min manata çatmış, ötən il ilə müqayisədə 5% artım əldə edilmişdir. Artımın daha çox hissəsi əhalinin banka göstərdiyi etimad sayəsində əldə edilmişdir. Belə ki, 2020-ci ildə fiziki şəxslər tərəfindən banka yerləşdirilən depozitlərin həcmi 8% artaraq, 97 milyon 309 min manat təşkil etmişdir.
Müştəri portfelini genişləndirən Bank BTB 2020-ci il ərzində fiziki şəxs müştərilərinin sayında 7%, hüquqi şəxs müştərilərinin sayında 12%, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə 6% artıma nail olmuşdur.
Eyni zamanda Bank korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq əhalinin həssas qruplarına dəstək olmuş, 27 ailəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lazımi avadanlıqlarla təmənnasız təmin etmişdir. Bununla yanaşı, bank hər zaman olduğu kimi xalqımıza dəstək olmuş, Koronavirusla Mübarizə Fonduna və Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etmişdir.
Qeyd olunanlarla yanaşı, 2020-ci ilin yekunlarına görə bankın xalis əməliyyat gəlirləri 4 milyon 222 min manat, əməliyyat mənfəəti isə 1 milyon 944 min manat təşkil etmişdir.
Gələcəkdə yarana biləcək potensial risklərin qarşılanması məqsədi ilə bank tərəfindən konservativ yanaşma tətbiq edilmiş və 2020-ci il ərzində 11 milyon 74 min manat məbləğində ehtiyat yaradılmışdır.
Bankın əsas dayanıqlıq göstəricilərindən olan məcmu kapitalın adekvatlıq əmsalı 23.5% təşkil edir ki, bu isə təyin olunmuş normaya nisbətdə 2 dəfədən çox artıqdır. Qeyd olunan məlumatlardan aydın olur ki, bank inkişafı üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir.
Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətləri göstərir. Bank daim müştəri məmnunluğunu üstün tutaraq bu istiqamətdə xidmət keyfiyyətinin yüksəldilməsi və əhatəsinin genişləndirilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişafı istiqamətində fəaliyyət göstərməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
1 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
2 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
2 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
2 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
2 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
2 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
2 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır





























