İranda Azərbaycanla Ticarətin İnkişafı üzrə Qərargaha rəis təyin edilib
Şərqi Azərbaycan vilayətinin rəhbəri Məhəmmədrza Purməhəmmədi Azərbaycan Respublikası ilə Ticarətin İnkişafı üzrə Qərargahın rəisi təyin edilib.
Bununla bağlı İranın sənaye, mədən və ticarət naziri Əlirza Rəzm Hüseyni müvafiq əmr imzalayıb.
Əmrdə bildirilib ki, Cənubi Qafqazda gedən son proseslər, habelə qeyri-neft ixracını maksimum dərəcədə artırmaq və qonşu ölkələrlə əməkdaşlıq səviyyəsini yüksəltmək məqsədilə yaranan imkanlardan optimal şəkildə istifadə edilməsinin zərurəti əsas götürülərək Məhəmmədrza Purməhəmmədi Azərbaycan Respublikası ilə Ticarətin İnkişafı üzrə Qərargahın rəisi təyin olunub.
“İran Xarici İşlər Nazirliyi, Ticarətin İnkişafı Agentliyi, Qərbi Azərbaycan, Ərdəbil, Gilan və Zəncan vilayətinin rəhbərləri, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası, İran Kooperasiya Palatası, vilayətlərin Sənaye, Mədən və Ticarət Təşkilatı və digər aidiyyəti qurumların köməyi ilə Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin yenidən qurulmasında fəal iştirak etmək üçün müvafiq fəaliyyət planının hazırlanmasında və həyata keçirilməsində lazımi səylərin göstərilməsi və vaxtaşırı sözügedən nazirliyə hesabat verməniz tələb olunur”, - deyə əmrdə qeyd olunub.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
8 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
22 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















