İcra hakimiyyəti otel kompleksinin istismarına icazə verib - OTELİN SAHİBİNİN BABASI AÇIQLAMA VERDİ
Şəki şəhər icra hakimiyyəti “Səki Park” otel kompleksinin istismarına icazə verib.
Tikintilərin dövlət reyestrinə əsasən, 4 hektar torpaq sahəsində tikilən kompleks 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu, Baş nazirin keçmiş müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsusdur.
“Səki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1,2 və 3 otaqlı koteclərdən ibarətdir.
Burda qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.
Nicat Mahmudov 2017-ci ildən Londonda yaşayır və orada “Abeona Global Limited” şirkətinə rəhbərlik edir.
2018-ci ildə gənc sahibkarın bu şirkətdə 260 min funt sterlinqdən artıq sərvəti var idi.
Abid Şərifov nəvəsinin tikdirdiyi hoteldən danışdı
Baş nazirin sabiq müavini Abid Şərifov nəvəsi Nicat Mahmudovun Şəkidə hotel kompleksi tikməsi ilə bağlı məlumat təsdiqləyib.
O bildirib ki, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən istismara verilən “Şəki Park” oteli nəvəsinə məxsusdur: “Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona hotel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?”.
Turan, Unikal
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























