Azərbaycanda 7 bankın xüsusi ehtiyatlara ayırmaları artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin ötən il xüsusi ehtiyatlara ayırmaları əvvəlki illə müqayisədə çox olub.
Bunlar “Rabitəbank”, “Yelo Bank”, “Naxçıvan Bank”, “Xalq Bank”, “Zıraat Bank Azərbaycan”, “Yapı Kredi Bank Azərbaycan” və “Günay Bank”dır.
Ən yüksək dinamika “Rabitəbank”da (46,9 dəfə), ən aşağı dinamika isə “Günay Bank”da (31,8% çox) qeydə alınıb.
7 bankın – “AFB Bank”, “Bank Respublika”, “PAŞA Bank”, “Turan Bank”, “Unibank”, İran Milli Bankının Bakı filialı və “Azər-Türk Bank”ın isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Azər-Türk Bank”da (99,3%), ən az azalma isə “AFB Bank”da (17,1%) qeydə alınıb.
3 bankın – “Bank VTB Azərbaycan”, “Bank of Baku” və Pakistan Milli Bankının Bakı filialının xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti azalıb. Müvafiq olaraq 13,7%, 85% və 93,9%.
4 bank – “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Avrasiya”, “Bank BTB” və “Express Bank” ötən il xüsusi ehtiyatlara üzrə vəsait ayırıb, əvvəlki il isə qənaət edib, 5 bank – “Access Bank”, “Azərbaycan Sənaye Bankı”, “Kapital Bank”, “Muğan Bank” və “Premium Bank” isə ötən il xüsusi ehtiyatlar üzrə qənaət edib, əvvəlki il isə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.
Azərbaycanda 8 bank ötən il xüsusi ehtiyatlara vəsait ayırmayıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-i ötən il xüsusi ehtiyatlara vəsait ayırmayıb.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Access Bank”, “Azərbaycan Sənaye Bankı”, “Premium Bank”, “Muğan Bank”, “Bank of Baku”, “Bank VTB Azərbaycan” və “Kapital Bank”dır.
Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank”da (25,546 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (2 min manat) qeydə alınıb.
Qalan 18 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Ayırmaların ən yüksək həddi “Yelo Bank”da (37,303 milyon manat), ən aşağı həddi isə “Azər-Türk Bank”da (10 min manat) qeydə alınıb.
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 5 d. əvvəl
-
6 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
34 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
























