Azərbaycanda Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağı keçiriləcək
Mövzu “Rəqəmsal dövrdə maliyyə savadlılığın gücləndirilməsi”dir.12 fevral 2021 - Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi çərçivəsində “Rəqəmsal dövrdə maliyyə savadlılığın gücləndirilməsi” adlı Azərbaycanda Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağının keçiriləcək.
AMFA-dan Marja-ya daxil olmuş məlumata görə, Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağının əsas məqsədi maliyyə savadlılığının rəqəmsallaşdırılmasını artırmaq və kənd ailələrinin bilik və bacarıqlarının artırılması üçün yerli maliyyə savadlılığı üzrə təlimçilərin informasiya texnologiyalarından istifadəyə dair məlumat bazasını yüksəltməkdir.
Tədbirin digər məqsədi Azərbaycanda Maliyyə Savadlılığı üzrə Təlimçilərin Klubunu yaratmaqdır. Klub mövcud təlim mənbələrinin yaxşılaşdırılmasına və ölkənin müxtəlif yerlərində Maliyyə Savadlılığı üzrə təlimçilər arasında inkişaf və əməkdaşlıq qurmaq üçün yeni mənbələrin aşkarlanmasına kömək edəcəkdir.
Tədbir zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının İctimai Birliyinin (AMFA) icraçı direktoru xanım Jalə Hacıyevanın, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katib əvəzi xanım Kristina Məmmədovanın, Polşa Mikromaliyyə Mərkəzinin (MFC) məsuliyyətli maliyyə üzrə proqram rəhbəri xanım Kinqa Dobrovskanın, İslam İnkişaf Bankının Davamlılıq və Sosial İnkişaf Departamenti, Qadınların inkişafı üzrə Baş Mütəxəssisi Xanım Kristonia Lokhartın, “Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru cənab Erdem Çakarın, Beynəlxalq Maliyyə Korporasiyasının Mərkəzi Asiya və Azərbaycanda Elektron Rəqəmsal Maliyyə Xidmətləri Layihəsinin məsləhətçiləri xanım Savsan Kahharova və xanım Zarina Boboaliyevanın, Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə Savadlılığı şöbəsinin böyük mütəxəssisi cənab Vüsal Həsənovun, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemləri və hesablaşmalar departamentinın böyük mütəxəssisi Doktor Xəyaləddin Tağıyevin iştirakları gözlənilir.
ADSMİRRA layihəsinin ümumi məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək verməkdir. Layihənin spesifik məqsədi Gəncə - Qazax, Quba - Xaçmaz, Şəki - Zaqatala və Kür - Araz (Aran) iqtisadi rayonlarda, bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirməkdir.
Azərbaycanda Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağını canlı yayımda izləmək üçün 12 fevral 2021-ci il saat 10:00-da www.facebook.com/AMFA.Azerbaijan qoşulmağa dəvət edir!
Bu tədbirlə bağlı sualınız olarsa, əlaqə saxlayın: Sevinc Rüstəmova, layihə rəhbəri - [email protected]
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























