Ötən il banklar 4,5 milyard dollar alıb-satıb
2020-ci il ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 6.7% azalaraq 25.9 milyard ABŞ dolları ekvivalentində olmuşdur (ABŞ dolları, Avro, İngilis funt sterlinqi, Rus rublu ilə əməliyyatlar daxil olmaqla).
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, nağdsız valyuta əməliyyatlarının 86.5%-i ABŞ dollarında, 13.5%-i isə digər valyutalarda aparılmışdır.
Valyuta əməliyyatlarının 34.7%-i banklararası valyuta bazarında (BVB), 65.3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
İl ərzində BVB-də əməliyyatların 99.5%-i ABŞ dollarında, 0.5%-i avroda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 16.9 milyard dollar ekvivalentində olmuşdur ki, bunun da 79.7%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 94.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 13.3% azalaraq 5.2 milyard ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 4.5 milyard dollarını və ya 86.7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Nağd xarici valyuta alqı-satqısı əməliyyatları əsasən I rübə təsadüf etmişdir.
2020-ci ildə manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. İl ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1.6991, orta satış məzənnəsi isə 1.7025 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.009 manat və satış məzənnəsi arasında fərq isə 0.0025 manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 32 d. əvvəl
- 38 d. əvvəl
-
41 d. əvvəl
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Turizm şirkəti reklamda qiymətləri Azərbaycan manatı ilə göstərmədiyi üçün cərimələnib
-
1 saat əvvəl
Quşçuluq şirkətinin adı dəyişdirilir, fəaliyyətinin bərpası məqsədilə investisiyalar cəlb edilir
-
1 saat əvvəl
İxtira müəlliflərinə patentdən əldə edilən gəlirin yarısı çatacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Banklarda Agile niyə işləmir?
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
Rəsmi məzənnələr açıqlandı
Turizm şirkəti reklamda qiymətləri Azərbaycan manatı ilə göstərmədiyi üçün cərimələnib
Ən çox oxunanlar
Quşçuluq şirkətinin adı dəyişdirilir, fəaliyyətinin bərpası məqsədilə investisiyalar cəlb edilir
Kənar terminal və vebsaytlar ilə "Yelo Bank" kartı hesablarına mədaxil əməliyyatlarına 1% komissiya tətbiq olunacaq
Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
“Hadisələrin xəritəsi” adlı yeni layihə üzərində iş aparırıq"
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək
"Ərazi sularınızın qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcəyik"
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir






















