Polis bu gelləri satanları saxladı
İnsan orqanizminə ciddi zərər vuran, standartlara cavab verməyən keyfiyyətsiz, eləcə də müvafiq dövlət qurumlarından sertifikat alınmadan ölkəyə qanunsuz yolla gətirilən qeyri-qida əlavələri və kosmetik vasitələrin satışının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ayrı-ayrı şəxslər tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə guya insanın artıq çəkisinin azaldılması üçün nəzərdə tutulan “Nano Thermal Gel” gellərinin keyfiyyətsiz olması və həmin vasitələrdən istifadə edən şəxslərin orqanizmlərində ciddi fəsadlar yaratdığı barədə çoxsaylı şikayətlər daxil olub.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən keyfiyyətsiz, saxta gellərinin satışı ilə məşğul olan Bakı şəhər sakini Tural Mustafayev saxlanılıb.
Saxlanılan şəxsə məxsus paytaxtın Nərimanov rayonunda yerləşən anbara baxış zamanı oradan külli miqdarda qeydiyyatsız, mənşəyi məlum olmayan, habelə sertifikatlaşdırılmadan satış üçün nəzərdə tutulan “Nano Thermal Gel” gelləri və müxtəlif çeşiddə olan çoxsaylı qeyri-qida əlavələri aşkar olunaraq götürülüb.
İlkin ifadəsi zamanı T.Mustafayev qeyd edilən gel və qeyri-qida əlavələrini ölkəyə gətirdiyini və həmin məhsulların onlayn yolla satışını təşkil etdiyini etiraf edib.
Aşkar edilən mənşəyi məlum olmayan məhsulların insan orqanizminə mənfi təsirinin dərəcəsini müəyyən etmək məqsədi ilə müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 d. əvvəl
- 26 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
Ən çox oxunanlar
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
Aprelin 18-də gözlənilən hava şəraiti




.jpg)








.jpg)






