300 min manatlıq vəd verdi, özü həbsə düşdü
Külli miqdarda dələduzluğa cəhd və rüşvət verməyə təhriketmə cinayətlərində təqsirli bilinərək azadlıqdan məhrum edilən Kənan Quliyev apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
K.Quliyev atası Hikmət Quliyev və Mehdi Sadıxov adlı şəxslə bilrikdə ititham edilib. H.Quliyev 8 il, Mehdi Sadıxov 8 il, Kənan Quliyev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar “Lady Sharm” mağazalar şəbəkəsinin həbs edilən vəzifəli şəxslərinin cinayət işi üzrə ittiham edilən Səməd İsmayılova qarşı cinayət törətməkdə təqsirli biliniblər. Belə ki, “Lady Sharm” mağazalar şəbəkəsinin həbs edilən vəzifəli şəxsləri - Ziyarət Abbasov, Elnur və Səməd İsmayılov qardaşlarıdır. Onlar ayrı-ayrı firmaların əmtəə nişanından istifadə edərək müxtəlif geyimləri brend mallar adı altında satmaqda ittiham edilirlər. Elnur İsmayılov "Lady Sharm" MMC-yə daxil olan mağazalar şəbəkəsinin direktoru olub.
Həmin cinayət işi üzrə istintaq davam edən ərəfədə Səməd İsmayılov azadlıqda olub. O, qardaşı Elnuru həbsdən çıxmasına kömək edəcək vəzifəli adamlar axtarmağa cəhdlər göstərib. S.İsmayılov əvvəlcə tanışı Azər Piriyev vasitəsi ilə adam soraqlaşmağa başlayıb. A.Piriyev də işçisi, “Carçıoğlu Group” MMC-də mühasib işləyən Kənan Quliyevin atası Hikmət Quliyevə müraciət edib, vəzifəli tanışlarının olub-olmadığını soruşub.
H.Quliyev də dostu Mehdi Sadıxova müraciət edib. M.Sadıxov isə Prezident Administrasiyasında, Baş Prokurluqda vəzifəli tanışlarının olduğunu deyərək bu işi həll edə biləcəyini vəd edib və bu işdən pul qazanmaq istəyib. Bu işdən Hikmət Quliyev də gəlir əldə etməyi planlaşdırıb.
300 min manata danışılan işə görə əvvəlcə 50 min manat pul verən S.İsmayılov işlərin düzəlmədiyini görəndə hüquq-mühafizə orqanlarına müraciət edib. Onun şikayətini araşdıran istintaq orqanı belə qənaətə gəlib ki, Hikmət Quliyev Mehdi Sadıxovla əvvəlcədən plan quraraq Səməd İsmayılovun pulunu ələ keçirmək istəyiblər. Məqsəd isə ələ keçirdikləri pulu şəxsi ehtiyaclarına xərcləmək olub.
Bu iş üzrə Hikmət Quliyev Mehdi Sadıxovla yanaşı, Kənan Quliyev də həbs edilib. K.Quliyev Hikmət Quliyevin oğlu kimi bu cinayətin iştirakçısı hesab edilib.
Dəymiş zərər 50 min manat istintaq zamanı Səməd İsmayılova ödənilib. Həmin ərəfədə S.İsmayılovun özü “Lady Sharm” mağazalar şəbəkəsinin cinayət əməllərinə görə həbsə salınıb.
S.İsamyılova qarşı dələduzluq işinə görə Hikmət Quliyev və Mehdi Sadıxov törətdikləri əmələ görə özlərini təqsirli bilsələr də, Kənan Quliyev özünü təqsirli bilməyib.
K.Quliyev apellyasiya şikayətində heç bir sübut olmadan yalnız şahidlərin - əsasən də Səməd İsamyılovun qərəzli və ziddiyyətli ifadələri əsasında həbs edildiyini bildirib.
“Kənan Quliyevin göstərilən cinayət əməlini harada, nə vaxt və kimlərin iştirakı ilə törətdiyi konkret faktlarla sübut edilmir. Həbs edilən Hikmət Quliyevdən qisas almaq üçün bunu edib və Kənandan da şikayətçi olublar”, - apellyasiya şikayətində qeyd edilir.
Qeyd edək ki, “Lady Sharm” mağazalar şəbəkəsinin vəzifəli şəxsləri barədə cinayət işinin istintaqı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Report
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 9 saat sonra
- 6 saat sonra
- 8 saat əvvəl
-
-
11 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
11 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
12 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş






















