Bakıda 2 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək

Martın 1-dən 7A nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qeyd olunan tarixdən bu xətt üzrə avtobuslar Gəncə prospektinin Sadıqcan küçəsiylə kəsişməsində yerləşən dairəyədək hərəkət edəcəklər. Dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilir. Nəticədə Vunqtau küçəsi, Gəncə prospekti və Sadıqcan dairəsi ətrafında yaşayan sakinlərin birbaşa marşrut xətti ilə Ziya Bünyadov prospekti, “20 Yanvar” dairəsi və “Beynəlxalq Avtovağzal Kompleksi” istiqamətində gediş-gəlişi təmin ediləcək.
Eyni zamanda, martın 1-dən 17 nömrəli müntəzəm marşrut xətti üzrə də avtobusların hərəkət sxemi dəyişdiriləcək. Bu xətt üzrə avtobuslar dəyişiklik nəticəsində Yeni Yasamal-“İnşaatçılar”m/s-“Elmlər Akademiyası” m/s-“Gənclik” m/s-“N.Nərimanov” m/s-Keşlə bazarını əlaqələndirəcək. Belə ki, xətt üzrə avtobusların son dayanacaq məntəqəsi “N.Nərimanov” metrostansiyasından keçməklə Əliyar Əliyev küçəsi, Keşlə bazarının qarşısına dəyişdirilib.
Həmçinin, bu marşrut üzrə avtobusların metronun “Elmlər Akademiyası” stansiyasından keçməsi də təmin edilib.
17 nömrəli xətt üzrə dəyişiklik də çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla edilib. Bununla da Yeni Yasamal yaşayış massivi, metronun “İnşaatçılar” (Abbas Mirzə Şərifzadə küçəsi) və “Elmlər Akademiyası” stansiyası ətrafında yaşayan sakinlərin birbaşa marşrut xətti ilə metronun “Nəriman Nərimanov” stansiyası və ətraf ərazilərə gediş-gəlişi təmin ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
11 d. əvvəl
LG Electronics India-dan nəhəng IPO addımı - Səhmlərə böyük maraq var
-
- 39 d. əvvəl
- 53 d. əvvəl
- 55 d. əvvəl
-
58 d. əvvəl
Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur

Oktyabrın 8-də gözlənilən hava şəraiti

Çin ardıcıl 11-ci aydır qızıl alır

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb
Ən çox oxunanlar

"Əlavə xarici borclanma olacaq"

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

"5 manat aylıq gəliri olan ayda 6 manat ödəniş etməməlidir"

Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir

Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı

Unikal bank əmanətçilərinin sayı açıqlandı
