"Bəzi şəxslər göstərilən rəqəmlərdən dəfələrlə artıq balıq tutur"
Respublika Balıqçılar İttifaqı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Kür çayının Şəmkir rayonunun ərazisindən keçən hissəsində qanunsuz və qadağan olunan vasitələrlə balıq tutumaqla məşğul olan şəxslərə qarşı reyd keçirilib.
Keçirilən reyd zamanı Kür çayı sahilində qanunsuz, həmçinin istifadəsinə tamamilə qadağan edilən vasitələrdən istifadə etməklə balıq tutulması prossesinin aparıldığı məlum olub. Xüsusən dövlət tərəfindən istifadəsinə qadağa qoyulan sintentik torlardan istifadə edilməsi faktları aşkarlanıb.
“Reyd bir daha göstərdi ki, brokonyerlərlə yanaşı hətta bəzi kvota sahibləri belə tətbiq olunan qaydaları kobud şəkildə pozur. Söhbət ondan gedir ki, rəsmi icazəsi olan bəzi şəxslər göstərilən rəqəmlərdən dəfələrlə artıq balıq tutur”, - deyə Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyev bildirib.
Reyd zamanı brokonyerlərə məxsus motorlu qayıq aşkarlanıb. Qadağan olunan sintetik torlar tamami ilə məhv edilib. Ümumiyyətlə, təkcə Kür çayının qərb bölgəsindən keçən hissəsində deyil, Azərbaycanın bir çox ərazilərində balıq tutulması prossesi qaydaların kobud şəkildə pozulması ilə də müşahidə edilir.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
19 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
22 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























