"Fitch" "Cənub Qaz Dəhlizi"nin borc reytinqini təsdiqlədi
"Fitch Ratings" beynəlxalq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin xarici valyutada olan təmin edilməmiş üstün hüquqa malik borc üzrə uzunmüddətli reytinqini "BB+" səviyyəsində təsdiqləyib.
Agentliyin yaydığı məlumata görə, sözügedən reytinqin bu səviyyədə təsdiq olunması QSC-nin tədavül müddəti 2026-cı il olan Azərbaycan Respublikası tərəfindən tam zəmanət verilən 2 mlrd. ABŞ dolları həcmində avrobondların qiymətləndirməsini əks etdirir. Reytinq eyni zamanda QSC-nin istiqraz sahiblərinə dövlət tərəfindən tam və vaxtında geri ödəmənin qeyd-şərtsiz təminatını əks etdirir. "Cənub Qaz Dəhlizi"nin istiqrazlarına birbaşa Azərbaycan tərəfindən zəmanət verilir və istiqrazların sahibləri QSC-yə qarşı əvvəlcədən qanuni əməliyyat və ya məhkəmə prosesi olmadan birbaşa dövlətə qarşı tələblərini irəli sürə bilərlər.
Agentlik qeyd edir ki, layihələrin hamısı artıq istismara verildiyi üçün "Cənub Qaz Dəhlizi" QSC-nin 2021-ci ildə nağd vəsaitə olan ümumi ehtiyacı, rəhbərliyin proqnozuna əsasən, "Şahdəniz", Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrindən əldə olunan vəsait hesabına tam təmin ediləcək.
Bundan əlavə, QSC 2020-ci ildə heç bir yeni borc götürməyib və 2020-ci ilin sonuna olan borcların 38,5%-i Dövlət Neft Fondunun lehinə çıxarılan istiqrazlardan, 30,9%-i beynəlxalq maliyyə institutlarına borclarından, 30,6%-i isə avrobondlardan ibarətdir.
Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" (CQD) Azərbaycan İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb. SOCAR-ın layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülüb və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
57 san. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























