Dövlət şirkəti dövlət universiteti ilə memorandum imzaladı
Martın 10-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ilk törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
“AzerGold”un yaydığı məlumata görə, Memorandum sənədini “Daşkəsən Dəmir Filiz” MMC-nin Baş direktoru Oqtay Məmmədov və ADNSU-nun rektoru, professor Mustafa Babanlı imzalayıblar.
Memoranduma əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi üzrə ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur. Bundan başqa, sənəddə universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin şirkətin istehsalat təcrübəsinə cəlb olunması öz əksini tapıb. İstehsalat təcrübəsində seçilmiş tələbələrin elmi tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom , elmi işlər və s. üçün tələb olunan mövzuların birgə tərtib edilməsi, o cümlədən fərqlənmiş tələbələrə təqaüd və mükafatların verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamı ilə regionun ən nəhəng dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsinin istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması “AzerGold” QSC-yə həvalə edilib. Dövlət başçısının 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər vəzifələr əlavə edilib. Sözügedən sənədlərdən irəli gələn tapşırıqların icrası, ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib. Şirkətin yaradılmasında məqsəd Səhmdar Cəmiyyətin ən iri layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən regionun inkişafına əlavə sosial-iqtisadi töhfələr verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb























