Beynəlxalq Bank daha 4 xidmət ofisini yenilədi
Azərbaycan Beynəlxalq Bankı xidmət şəbəkəsinin yenilənməsini davam etdirməkdədir. Layihə çərçivəsində Bankın Şirvan filialı və Samux, Qəbələ, Göygöl şöbələri yenilənərək müştərilərin xidmətinə verilib.
Bankın Şirvan filialı yeni ünvana köçürülüb. Filial bundan sonra Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi - 11 ünvanında fəaliyyət göstərəcək. Samux, Qəbələ və Göygöl şöbələrinin ünvanları isə dəyişilməz qalıb.
Yenilənən filial və şöbələrin hər birində müştərilərə yüksək səviyyədə xidmət üçün lazımi şərait yaradılıb. Bu xidmət ofislərində müştərilər kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.
Xidmət şəbəkəsinin yenilənməsində əsas məqsəd müştərilərin daim dəyişən tələb və ehtiyaclarını ən yüksək səviyyədə təmin etmək, yeni keyfiyyət standartları yaratmaqdır.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev yenilənmə prosesinin Bankın digər filial və şöbələrini də əhatə edəcəyini bildirib: “Məqsədimiz müştərilərimizi yeni simada və daha yüksək xidmət keyfiyyəti ilə qarşılamaqdır. Bu proses həm Bakıdakı, həm də regionlardakı xidmət ofislərimizi əhatə edir. Ənənəvi bank xidmətlərini inkişaf etdirməklə yanaşı, müştərilərin banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün rəqəmsal bankçılıq həllərimizi də inkişaf etdiririk. Ümid edirik ki, görülən bütün bu işlər müştəri məmnuniyyətinin artırılmasına və regionda bank xidmətlərinin müştərilərimiz üçün daha da əlçatanlığına xidmət edəcək”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
11 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
20 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
32 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 36 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti






























