Unibank və Mastercard daha bir ilkə imza atdı
(®️) Ödənişlərinizi o saat etmək istəyirsiniz? O zaman bilin ki, o saat bu saatdır.
Unibank və Mastercard Azərbaycanda ilk dəfə olaraq, Mastercard kartları ilə Garmin saatlarından təmassız ödəniş imkanlarını təqdim edir. Bunun üçün sadəcə mobil telefonunuzda Garmin saatınıza məxsus tətbiqə daxil olursunuz, Unibank Mastercard kartınızı daxil edərək, saatınızı təmassız ödənişlərə hazır edirsiniz.
Prosesin ardıcıllığını bu videodan öyrənə bilərsinz.
“İnnovativ texnologiyaları Azərbaycana gətirməkdən və Nağdsız Azərbaycan adını əsl reallığa çevirməkdən qürur duyuruq. Bütün bu layihələr əlbəttə ki, bizim müştərilərimizə daha çox rahatlıq gətirir və eyni zamanda elektron ödənişlərin həcmini artıraraq iqtisadiyyatı inkişaf etdirir. Bu cür layihələri hazırlamaqla vədimizə sadiq qalmağa davam edirik.” - deyə Mastercard-ın Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.
Unibank KB-nin İcraçı Direktoru İqor Okayev bildirib ki, Unibank davamlı olaraq ölkədə nağdsız ödənişlərin artırılmasına öz töhfəsini verir: “Məhsul və xidmətlərimizin rəqəmsallaşması yaxın illər üçün “Unibank”ın əsas prioritetlərindən biridir. Çox sevindiricidir ki, bazarda öz rəqəmsal xidmətlərimizin çoxluğuna görə seçilirik. Unibank olaraq bu sahədə bir çox ilklərə imza atmışıq. Uzunmüddətli partnyorumuz olan Mastercard-la birgə müştərilərə təqdim etdiyimiz Garmin saatları ilə təmassız ödəniş, bu ilklərdən biridir. Bu yaxınlarda bank kartlarına xidmətin “Unibank”ın öz Kart Prosessinq Mərkəzinə köçürülməsində əsas məqsədimiz də elə Bankımızın kart istifadəçilərinə daha çox imkanlar və yeniliklər qazandırmaq idi. Unibank müştərilərini nağdsız ödənişlər sahəsində bir çox yeni xidmətlər gözləyir”.
Qeyd edək ki, Unibank bu günlərdə “Ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bank” nominasiyasının qalibi seçilib. Nominasiya Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2020-ci ilin nəticələrinə əsasən təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
4 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
13 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
25 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 29 d. əvvəl
-
30 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
58 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti































