Qar yağdı, sığorta ödənişləri artdı – BU SIĞORTA ŞİRKƏTİ 264 MİN MANAT ÖDƏMƏLİ OLUB
25 ildir daşınar və daşınmaz əmlakın könüllü və icbari sığortası növləri üzrə xidmətlər göstərən “Atəşgah” Sığorta Şirkəti cari ilin fevral ayında müştərilərinə icbari və könülllü avtomobil (KASKO) sığorta növləri üzrə 264 min manatdan çox sığorta ödənişi edib.
Şirkətdən Marja-ya verilən məlumata görə, ötən ay ərzində şirkətin qaynar xəttinə KASKO və İcbari nəqliyyat sığortası növləri üzrə 800-dən çox müraciət daxil olub.
“Onların əksəriyyətini uzun fasilədən sonra paytaxtımıza yağan qar nəticəsində yollarda yaranan çətinliklər səbəbi ilə baş vermiş hadisələr təşkil edib. Qeyd olunan yol-nəqliyyat hadisələri operativ şəkildə tənzimlənib və müştərilər müvafiq sığorta ödənişləri ilə təmin olunublar”,- məlumatda deyilir.
Qeyd edilib ki, Son zamanlar təbiətin istənilən şıltaqlığına qarşı öncədən tədbirli olaraq avtomobillərinə təbiət hadisələri nəticəsində dəyə biləcək zərərlərin xərclərini qarşılamaq üçün AVSMMİS və KASKO sığorta məhsullarını əldə etmək məqsədi ilə sığorta şirkətlərinə müraciət edənlərin sayının artdığı müşahidə olunur.
Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
2 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
2 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
4 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
4 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım



























