Amerikanlar hökumətin vəd etdiyi 1400 dolları səbirsizliklə gözləyir
Onların əksəriyyəti bu vəsaitlə borc və vergi öhdəliklərini bağlamaq niyyətindədir.
Ötən həftə Co Baydenin 1.9 trilyon dollarlıq nəhəng iqtisadi stimullaşdırma paketi haqqında qanun layihəsini imzalamasından sonra ABŞ sakinlərinin çoxunu bu sual düşündürür: yardım nə zaman veriləcək?
Marjanın məlumatına görə, amerikanlar arasında keçirilən rəy sorğuları və müsahibələr göstərir ki, əksər şəxslər bu pulu öz gündəlik ehtiyaclarını qarşılamağa deyil, ötən ildən yığılıb qalmış bank kreditləri, vergi və digər borclarını ödəməyə sərf edəcək. Bu isə ənənəvi iqtisadi yardım paketlərinin nəzərdə tutduğu hədəfdən fərqlidir. Adətən ABŞ-da iqtisadi və maliyyə stimullaşdırması tədbirləri həyata keçirərkən, ilk növbədə vətəndaşların daha çox mal və xidmət alacağını, bununla da yeni bizneslərə və iş yerlərinin açılmasına köməklik edəcəyini proqnozlaşdırır. Bu dəfə isə ötən ildən davam edən pandemiya fərqli vəziyyət yaradıb.
Vaşinqtonda tikintidə çalışan Maykl Conson pulları xərcləməyi düşünmür: “Mən çalışacam ki, bu vəsaitlə ipoteka kreditimi bir az səhmana salım. Yaxşı bilirsiniz ki, biz hələ də bu pandemiyanın içindəyik”.
Vaşinqtondan təxminən 900 mil aralıda, Viskonsin ştatının Baraboo şəhərində yaşayan Arik Norviçki isə isitmə sistemləri və kondisioner biznesi ilə məşğuldur. İllik gəliri təxminən 150 min dollardır ki, bunun da 100 min dolları xərcə gedir. Arik hökumətin ayırdığı vəsaitdən istifadə etməklə, gecikdirdiyi hesab-fakturaların borcunu ödəməyi planlaşdırır: “Mən olduqca ehtiyat edirəm, buna görə də alacağım yardımı başqa işlərə xərcləmək istəmirəm. İnanmıram ki, vaksinlər bizi geri normal həyata qaytarsın. Çünki əksər insanlar peyvənd olunmaq istəmir, virus isə gündə yeni bir mutasiya formasında gəlir”.
36 yaşlı Reginald Smit Atlantada yaşayır, pandemiyadan öncə restorlanların birində aşbaz kimi çalışıb. Pandemiyaya görə işini itirib, dostlarının yanında qalır və öskürəkdən əziyyət çəkir. “Mənim işə ehtiyacım var və ümid edirəm ki, yenidən kafe-restoranlar açılacaq. Amma ilk öncə qalmağa özümün yerim olmalıdır. Hökumətdən alacağım yardımı gözləyirəm ki özümə mənzil tutum və ayaqlarım üzərində dayanmağa başlayım” - Smit bildirib.
Ağ Ev sözçüsü Cen Psaki Bayden hökumətinin insanlar üçün şəxsi yardım çeklərindən nə gözlədiyi barədə suala belə cavab verib: “Təbii ki, onlar bu puldan müxtəlif məqsədlər üçün istifadə edəcək. Bəziləri süfrəyə ərzaq qoymaq üçün sərf edəcək, bu da stimuldur. Digərləri kirayə pulunu ödəyəcəklər, bu da stimulun bir formasıdır. Proses hər ailəyə görə dəyişir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
6 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
