"Qeydiyyat və Notariat Baş İdarəsi ilə əməkdaşlığımız düşündüyümüzdən də önə keçib"

“Bankların fəaliyyətində iki istiqamət önəm kəsb edir. Bunlardan biri məhkəmə qəraralarının çıxarılması, digəri isə həmin qərarların icrasıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir" mövzusunda videokonfransda bildirib.
"Bu məsələlərin həlli istiqamətində Ədliyyə Nazirliyinin həm Qeydiyyat və Notariat Baş İdarəsi, həm də İcra Baş İdarəsi olduqca operativ şəkildə fəaliyyətlərimizin əlaqələndirilməsi, qarışıya çıxan problemlərin həlli istiqamətində işlər görür. Bu gün Qeydiyyat və Notariat Baş İdarəsi ilə əməkdaşlığımız bizim düşündüyümüzdən də önə keçib. Xüsusilə, bu sahədə informasiya texnologiyaların tətbiqi qeyd edilməlidir. Biz vərdiş etdiyimiz klassik yanaşmalardan deyil, yeni texnologiyaların tətbiqi ilə xeyli innovativ təkliflərin tətbiqinə nail olmuşuq. Burda daha aparıcı rolu Qeydiyyat və Notariat Baş İdarəsi oynayır”, - deyə o, qeyd edib.
“İctimai iştirakçılığın əhatə dairəsi müəyyən edilməlidir"
Zakir Nuriyev bildirib ki, "Azərbaycanda “İctimai iştirakçılıq haqqında" qanun qəbul edilib. Onun əsasında bir çox nazirliklər ictimai qurumlarla - assosiasiyalarla, birliklərlə, konfederasiyalarla əməkdaşlıq edirlər.
"Bununla belə, onun sözlərinə görə, qanunun əhatə etdiyi dövlət qurumlarının siyahısı ayrıca təsdiq edilməlidir: "Bu günə qədər bu siyahı təsdiq edilmir. Şübhəsiz ki, Ədliyyə Nazirliyi bu siyahıda olub-olmamasından aslı olmayaraq sözügedən fəaliyyəti qanunda nəzərdə tutulmuş bütün aspektlərdə həyata keçirir. Eyni zamanda, bizim əlaqədə olduğumuz istənilən dövlət qurumu ilə bu cür ikitərəfli müqavilələrlə fəaliyyətimizi tənzimləyən hüquqi sənədlər yaradılıb. Bunun üçün fundamental sənəd mövcud olsa da, burada ictimai iştirakçılığın əhatə dairəsi müəyyən edilməlidir".
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 d. əvvəl
“PMD Group” MMC Xəzər İnşaat Həftəsində Baş Sponsor qismində çıxış edir
-
15 d. əvvəl
Azərbaycanın "İstisu" mineral içkisi Avroap ölkəsinin bazarına daxil olub
-
- 40 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycanda yetişdirilən fındıq və badam Çinə də ixrac olunacaq - Protokol layihəsi imzalanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABŞ–Çin gərginliyi və FED-in faiz endirimi gözləntiləri qızıl qiymətlərini artırır - YENİ REKORD
-
3 saat əvvəl
Kapital Bank-ın İnformasiya təhlükəsizliyi komandası ölkənin ən güclü mütəxəssisləri sırasında
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“TuranBank” böyüyüb, gəlirləri artıb, cari ilin 9 ayını xalis mənfəətlə başa vurub
Son Xəbərlər

Hər avtomobil bir ianə

Kapital Bank-ın İnformasiya təhlükəsizliyi komandası ölkənin ən güclü mütəxəssisləri sırasında

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

20 bank mənfəət açıqladı - SİYAHI

AYNA Nazirlər Kabinetinin taksilərə dair qərarını şərh edib

“Ziraat Bank Azərbaycan”dan yüksək göstəricilər - mənfəəti 63% artıb

“Unibank”ın son maliyyə vəziyyəti məlum oldu

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı

"Bank of Baku"nun mənfəəti kəskin artıb
.png)