Azərbaycanda 500 minə yaxın avtomobil sahibi icbari sığortadan yayınır

2016-cı ildə Avtomobil Sahiblərinin Mülkü Məsuliyyətinin İcbari Sığortası (AVSMMİS) üzrə 996632 müqavilə bağlanmış və 81 milyon 73 min 631 manat sığorta haqqı toplanmışdır.
“Marja” İcbari Sığorta Bürosunun 2016-cı il üzrə hesabatına istinadən xəbər verir ki, bir AVSMMİS müqaviləsinə düşən orta sığorta haqqı 75.24 - 85.77 manat civarında dəyişmişdir. 2015-ci ildə bu interval 73.41-82.29 manat təşkil etmişdi.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Ötən il 822986 ədəd minik avtomobilinə, 106658 ədəd yük avtomobilinə, 43477 qoşquya, 15749 ədəd avtobusa, 6674 ağır texnikaya, 1088 ədəd motosikletə gərə icbari sığorta müqaviləsi bağlanıb (cəmi 996 min 632 nəqliyyat vasitəsinə görə). Müqavilələrin 130654 ədədi Azərbaycan Respublikasının ərazisinə tranzit məqsədilə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri üzrə, 865978 ədədi isə Azərbaycanbda qeydiyyata alınmış nəqliyyat vasitələri üzrə bağlanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 2016-cı ilin sonunda Azərbaycanda avtomobil parkının sayı 1347812 təşkil edib. Belə çıxır ki, 481834 nəqliyyat vasitəsinə görə icbari sığorta alınmayıb.
2017-ci ildə sığortalıların 89,3%-i icbari sığorta müqavilələrini güzəşt, 1,7%-i cərimə əmsalları ilə əldə edəcəklər, 9%-i isə sığorta müqavilələrini baza sığorta haqqı ilə bağlayacaqlar.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
5 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
