Sosial sahibkarlıq, kraudfandinq və layihələrin idarə olunması mövzularında kitab çap olunub
Azərbaycanda ilk dəfə!18 mart 2021-ci il tarixində Azərbaycanın ilk yerli Kraudfandinq platforması olan “Toxum.org” və sahibkarlıq sahəsinə öz imzasını atmış şəxslərin təşəbbüsü ilə insanların yaradıcı fikirlərinə həyat vermək üçün ərsəyə gətirilən və ölkəmizdə ilk dəfə öz doğma dilimizdə sosial sahibkarlıq, kraudfandinq, layihənin idarə olunması mövzularını əhatə edən “TOXUM” kitabı çap olunub.
Toxum.org dəyişiklik edən, sosial gələcəyə yol açan, insanlara dəyər qatan sosial və sosial sahibkarlıq ideya və layihələrə həyat verən bir platformadır. Toxumun əsas məqsədi ölkəmizdə Kraudfandinq və dəstək mədəniyyətini formalaşdırmaq və həyat tərzinin bir hissəsinə çevirməkdir.
Toxum.org komandası deyir ki, Kitablar sonsuz gücə sahibdirlər. Bizi yeni dünyalara apara, yeni şeylər öyrədə , xəyal gücümüzü inkişaf elətdirə və öz arzularımızı gerçəkləşdirməyə ilham verə bilərlər.
Toxum.org komandasının ərsəyə gətirdiyi Toxum kitabı məhz bu missiyanı öz üzərinə götürüb. Kitabı əlinə alan hər kəs öz arzusunda olduğu layihəni necə reallaşdırmaq olar onu öyrənəcək.
Kitab sosial sahibkarlıq, layihələri idarə etmək, maddi vəsait toplamaq üçün kampaniya başlatmaqla bağlı bilikləri əhatə edir. Bu mövzuların hər biri real keyslər üzərindən, nümunələrlə, sxem və cədvəllərdən istifadə edilərək çox sadə dildə izah olunub. Ölkəmizdə layihəsinə həyat vermək istəyən insanlar üçün əsl Oxu kitabı olacaqdır.
Kitabın müəllifləri Global winner 2020-nin qalibi, sosial sahibkar Sara Rəcəbli, Kvan kitabının müəllifi Coşqun Kərimov, PMP sertifikatlı layihə meneceri Kamran Cəbrayılov, Toxum.org platformasının həmtəsisçisi, iqtisadçı Toğrul Vəliyevdir.
Toxum.org-un kitabın çap etdirilməsi üçün platformanın təyinatına uyğun kampaniya başlatmış və elə ilk həftədən artıq öz hədəf məbləğinə yaxınlaşmış, sonrakı həftələrdə isə hədəfini uğurla tamamlamışdır.
Kampaniya boyunca Simurq Təhsil Fondu (şəhid və qazi ailələrinin övladlarının təhsilinə dəstək olmaq məqsədilə yaradılan sosial layihə) ilə birgə çalışan komanda, ianə edilən hər 15 manata görə 1 kitabı dəstəkçiyə, bir kitabı isə STF-yə bağışlamağı öz öhdəsinə götürüb. Bir toxumla iki ağac yetişdirmək həqiqi mənada mümkün olmasa da, bu Toxum kitabı üçün real hadisəyə çevrilmiş oldu.
Kitabı 070 538 64 72, 055 890 32 31 nömrələrinə zəng edərək və ya [email protected] mail ünvanına yazaraq sifariş edə bilər, eyni zamanda BookZone kitab mağazasından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
3 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
4 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
5 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
5 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu























