Şirin hobbini biznesə çevirən qadın
Sahibkar Könül Bədəlovanın şəkərli-ballı, dadlı-ləzzətli, südlü-qaymaqlı, şirin nağıllar dünyası…Ətirli desertlər həmişə xoş əhval-ruhiyyə yaradır. Onların yaradıcıları – qənnadçılar isə, deyərdim, - ruhların təbibidir.
Qənnadçı peşəsi həm maraqlıdır, həm ləzizdir, həm də hər günə, hər saata sevinə bilən nikbinlər üçündür. Qənnadçı - heyrət doğuran ləzzətlərin müəllifidir. Onun yaradıcılığı təkcə dadlı, ləzzətli desertlər hazırlamaq deyil, bu yaradıcılıq xüsusi əhval-ruhiyyə yaradır, insanları kədərdən, qəmdən uzaqlaşdırır, xoş ovqat bəxş edir. Mahiyyət etibarilə, qənnadçı da aşpaz kimi ənənəvi reseptləri yaxşı bilən, lakin hər zaman yeni və qeyri-adi bir şey yaratmağı bacaran yaradıcı, ixtiraçı və improvizə edəndir.
Bu gün haqqında söhbət açmaq istədiyim bu qənnadçı - sahibkar xanım Könül Bədəlovadır. O, Qusarın mərkəzində yaşayır. Öz bölgəsinə xas olan ləzgi mətbəxindən tsıkan adlanan desert və digər şirniyyatlardan tutmuş, dünya mətbəxindən müxtəlif pizzalara, Azərbaycan mətbəxinin ən gözəl incilərinə: qoğal, paxlava, şəkərbura, badamburaya qədər bütün şirniyyatları ustalıqla bişirir.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) layihəsi Könül Bədəlova üçün gözlənilməz oldu. O da layihə çərçivəsində müxtəlif tədbirlərdə iştirak etməyə başladı. Uzaq Qusarda yaşasa da, onlayn keçirilən təlimlərə qatıldı və öz biznesini inkişaf etdirmək üçün biznes-plan tərtib edib münsiflər heyətinə təqdim etdi. Özünün dediyinə görə, bu vaxta qədər heç kimdən, heç bir qurumdan dəstək görməyib. Ona görə də, ümidi az olub hər hansı yardım alacağına. Təqdim etdiyi biznes-plan münsiflər heyəti tərəfindən yüksək qiymətləndiriləndə və ona sərmayə kapitalı veriləndə çox sevinib. Yeni planlar qurub və tez bir zamanda reallaşdırıb: iki soba və bir soyuducu alaraq yeni həvəslə işini davam etdirib. Yeni avadanlıqlar ona daha çox məhsul istehsal etməyə və müştəri sayını artırmaqla ailə gəlirlərini yüksəltməyə imkan vermişdir. Qısa bir müddət ərzində müştərilərinin sayını 3 dəfə artırmağa nail olub.
Könül xanım şirniyyatları evdə bişirir. Sifarişlərin artdığını görüb həyətdə də 40 kv.m ölçüdə böyük mətbəx tikdirib. Gələcək üçün Könül xanımın əlavə planları var: yayda o mətbəx üçün bir kondisioner və daha bir soyuducu almağı planlaşdırıb. Hazırda bir işçisi olsa da, tezliklə işçilərin sayını artırmaq fikrindədir.
Bu barədə deyir: “Uzun müddətdir ailəmi şirniyyat bişirməklə saxlayıram. Həyat yoldaşım hazırda Mahaçqaladadır, Qusara gələndən sonra düşünürük ki, ailə biznesimizi daha da genişləndirək və bir “Şirniyyat evi” açaq. Müştərilərə rahat olsun deyə, yoldaşım “çatdırılma xidməti” də təşkil etməyi planlaşdırıb”.
Çoxları evdə şirniyyat bişirir, amma heç də hamı bu şirin hobbini biznesə çevirməyə hazır deyil. Könül Bədəlova bunu bacarıb və indi təkcə Qusarın mərkəzində deyil, qonşu kəndlərdən də, hətta Bakıdan da sifarişlər qəbul edir.
“Mənim üçün müştərilərin reaksiyası çöx önəmlidir. Əl işlərimi tərifləyəndə çox məmnun oluram. Bu məni yeni eksperimentlərə motivasiya edir. Daim internetdən: Youtube kanalından və İnstagramdan, bu işin ustalarından təzə şirniyyat növləri bişirməyi öyrənirəm. Artıq öyrəndiyim şirniyyatları özüm də təkmilləşdirir, onlara yeni forma, yeni dizayn verirəm. Mən heç bir müştərimə “yox” deməmişəm. Mənə tanış olmayan şirniyyatları da internetdən öyrənib bişirmişəm, həmişə də müştəri razı qalıb. Şirniyyatlarımın fərqli xüsusiyyəti, düşünürəm ki, istifadə etdiyim məhsulların təmiz və təhlükəsiz olmasındadır. Axı mən özüm də anayam, iki körpə uşağım var. Çox vaxt müştərilər uşaqlar üçün sifarişlər verir. Süd, qaymaq, yumurta, un, maya, qatıq, kəsmik və s. məhsulları tanıdığım evlərdən alıram, bilirəm ki, ekoloji təmiz və təhlükəsizdir. Çalışıram ki, bu məhsullardan bişirdiyim şirniyyatlar həm gözəl, həm də maksimum dərəcədə təbii, sağlam qida məhsullarından olsun”, - deyir Könül.
“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 125 yeni iş yerinin yaradılmasına nail olmuşdur.
Marja.az üçün Yeganə Məmmədova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 17 d. əvvəl
- 25 d. əvvəl
-
34 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
36 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
-
39 d. əvvəl
Yaponiyanın ixracında son 9 ayın ən sürətli artımı qeydə alınıb
- 41 d. əvvəl
-
47 d. əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
-
53 d. əvvəl
İKTA internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə hədəfləri müəyyən edib
- 55 d. əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Maaşa uyğun kredit – Expressbankda
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Yaponiyanın ixracında son 9 ayın ən sürətli artımı qeydə alınıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
İKTA internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə hədəfləri müəyyən edib
ABŞ Venesuela hakimiyyətini “terror təşkilatı” kimi tanıdı, neft tankerlərinin bloklanması ilə bağlı göstəriş verdi
Bakı–Bratislava–Bakı aviareysi gələn ildən açılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb














.jpg)

.jpg)


