“AS Group İnvestment” bayramda Füzuli rayonundakı şəhid ailələrilə görüşüb
“AS Group İnvestment” MMC şəhid ailələrinə bu bayram günlərində xüsusi dəstək, diqqət və qayğı göstərmək üçün Füzuli rayonuna yollanıb.
Şirkət rayonun Əhmədbəyli, Zobcuq 2 və Zobcuq 5 qəsəbələrindəki şəhid ailələrinə bayram sovqatı ilə qonaq olub. Mebel dəsti, məişət texnikası, ərzaq və digər zəruri əşyalarla onlara dəstək olub.
“AS Group İnvestment”in Füzulinin Əhmədbəyli kəndində ailəsilə görüşdüyü şəhid Nəsirov Elmir müddətdən atrıq hərbi qulluq xidmətçisi idi. Aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərmişdi. Milli Ordumuzun 100 illik yubileyi münasibətilə xidmətlərinə görə “100 illik yubiley” medalı ilə təltif edilmişdir. Elmir sentyabrın 27 də Vətən Müharibəsində döyüşlərə qatılır. Düşmənin əsas müdafiə istehkamlarını yaranlardan olur. Elə Füzuli istiqamətində döyüşlərdə də şəhid olur. “Vətən uğrunda”, “Füzuli uğrunda” medallarıyla təltif olunur. Elmir arxasında iki körpə uşaq, və yaşlı valideynlərini buraxır.
“AS Group İnvestment”in Füzulinin Zobcuq 2 qəsəbəsində qonaq olduğu şəhid Paşayev Elgünün ailəsidir. Elgün Vətən Müharibəsi başladığı gün döyüşlərə qatılır, elə həmin gün Əddürrəhmanlı istiqamətində alovlu döyüşlərdə şəhid olur. O, ölümündən sonra ”Vətən uğrunda”, “Füzuli uğrunda” medallarıyla təltif edilir.
“AS Group İnvestment” Füzulinin Zobcuq 5 qəsəbəsində isə şəhid Salmanov İsmayılın yaşlı valideynlərilə görüşüb. Onlara zəruri məişət əşyaları və ərzaqla dəstək olmağa çalışıb. İsmayılın anası Yeganə xanım deyir ki, oğlu hələ uşaq ikən anasına deyərdi ki, böyüyüb Hadrudu azad edib səni öz torpağına aparacam. İsmayıl həqiqətən də sentyabrın 27 də Vətən Müharibəsində döyüşlərə qoşulur və Hadrudun azad edilməsində xüsusi qəhrəmanlıq göstərir. Gubalı, Zəngilan, Füzulinin azad edilməsində xüsusi xidmətləri olur İsmayılgilin taborunun. Mərdliyi və cəsurluğu ilə seçilən İsmayıl oktyabrın 24-də şəhid olur. Ölümündən sonra “Vətən uğrunda”, “Hadrudun azad edilməsi uğrunda”, “Füzulinin azad edilməsi uğrunda” medallarıyla təltif olunur
“AS Group İnvestment” bu bayram günlərində qəhrəman şəhidlərimizin ailələrininin hər kəsdən daha çox diqqətə, qayğıya və dəstəyə ehtiyacı olduğunu düşünərək bu günləri məhz onlarla birlikdə keçirdi. Martın 20-də də şirkət Bakıda da şəhid Tağıyev Hüseynin və Qasımov Eltunun ailəsinə qonaq olmuş, onlara maddi, ərzaq və zəruri əşyalarla, həm də mənəvi dəstək olmağa çalışmışdır.
Qeyd edək ki, “AS Group İnvestment” bir müddət öncə Mingəçevir rayonunda Park Residence yaşayış binasında şəhid Niyazi İsgəndərovun ailəsinə 3 otaqlı mənzil hədiyyə etmişdir.
Ümumiyyətlə sentyabrın 27-dən, ölkəmizin ən şanlı tarixi yazılmağa başladığı gündən “AS Group İnvestment” ordumuz, vətəndaşlarımız və dövlətimizə dəstək olmağı özünə borc bilir. Şirkət ön cəbhədə döyüşən əsgərlərimizə, ordumuza və müharibə ərzində düşmən zərbələri nəticəsində evləri dağıdılan, başqa kəndlərə, qəsəbələrə yerləşdirilən vətəndaşlarımıza istər ərzaq təchizatı, istərdə də, balansındakı texnikası ilə dəstək olur.
Bundan başqa “AS Group İnvestment” şirkəti Vətən müharibəsində canlarından keçən və yaralanan qəhrəmanlarımızın ailələrinə dəstək olmaq məqsədilə yaradılan “Yaşat Fondu”na 150 min manat, işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması məqsədilə yaradılmış “Qarabağ Dirçəliş Fondu”na isə 300 min manat məbləğində ianə edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
8 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
13 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 18 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























