1,5 milyard dollar - Səudiyyənin idman “səxavəti”
Neft və milyonlar səltənəti son illərdə qlobal idman yarışlarına ən azı bu qədər pul xərcləyib.Səudiyyə Ərəbistanı hökuməti neft pullarının sel kimi axdığı, lakin bir sıra demokratik problemlərə görə dünyada birmənalı qarşılanmayan krallığın beynəlxalq nüfuzunu artırmaq üçün idman sektorunu əsas reklam vasitələrindən biri kimi seçib.
Marja xəbər verir ki, ötən həftə Grant Liberty araşdırma şirkətinin dərc etdiyi hesabat əsasən, krallıq son illərdə bir sıra idman yarışlarında sponsorluq, təşkilatçılıq və ev sahibliyi üçün 1,5 milyard xərcləyib.
Təkcə 60 milyon dollar dünyanın ən varlı at yarışları olan Səudiyyə Cıdır Kubokuna sərf olunub.
Krallıq rəsmiləri dünyanın ən baxımlı futbol çempionatı olan İspaniya La Liqasına sponsorluq etmək üçün İspaniya Futbol Assosiasiyası ilə 3 illiyə 145 milyon dollarlıq müqavilə imzalayıb. Bundan başqa, Saudi International adlı kişilərin beynəlxalq qolf yarışmasına 15 milyon, Saudi Arabian Masters adı altında bilyard oyununun snuker növünə 33 milyon dollar, 2019-cu ilin dekabrında krallıqda keçirilən və super ağır çəkidə dünya çempionunu müəyyənləşdirən Endi Ruis-Entoni Coşua arasında boks yarışına (“Qumlar üzərində Savaş”) 100 milyon dollar xərclənib.
2014-cü ildə ABŞ-da ən baxımlı idman yarışlarından olan World Wrestling Entertainment-ə sponsorluq etmək üçün 500 milyon dollar həcmində 10 illik müqavilə imzalanıb. Bu ildən başlayaraq Formula 1-in təqviminə daxil edilmiş Səudiyyə Qran-Prisi üçün isə növbəti 10 il müddətinə Krallıq 650 milyon dollar ödəyəcək.
Xatırladaq ki, ötən il Səudiyyə Rifah Fondu İngiltərənin Nyukasl United futbol klubunu satın almaq üçün 400 milyon dollar təklif etmiş, lakin qlobal idman ictimaiyyətinin kəskin etirazlarından sonra geri çəkilmişdi. Buna baxmayaraq, cari il üçün də xərcləməyə pul var: krallıq artıq ilin sonunda Tayson Furi və Entoni Coşua arasında super ağır çəkidə dünya çempionu kəməri uğrunda keçiriləcək boks yarışına ev sahibliyi etmək üçün tenderə 200 milyon dollar təklif edib. Həmçinin, rəsmilər Səudiyyənin gələcək inkişafını hədəfləyən Vision2030 proqramı çərçivəsində Qiddiya turizm layihəsi üçün ispan futbol nəhəngi Real Madridə 180 milyon dollarlıq sponsorluq etmək niyyətindədir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
3 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
4 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















