“Veysəloğlu”dan yararsız məhsulları barədə açıqlama
Xəbər verdiyimiz kimi, “Veysəloğlu” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 300 kq dondurulmuş toyuq qiyməsi məhsuluna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən baxış keçirilib. Məhsul partiyasından götürülən nümunələrdə müayinələr nəticəsində patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Veysəloğlu MMC məsələ ilə əlaqədar açıqlama yayıb. Şirkətdən Marja-ya daxil olmuş açıqlamada deyilir:
"Veysəloğlu MMC şirkəti tərəfindən bütün növ qida və qeyri qida məhsullarını ölkəyə idxalı zamanı satış kanallarına çıxarılmadan öncə hər partiyadan nümunələr götürülür və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq laboratoriyasında müayinə edilməsi üçün agentliyə təqdim edilir.
AQTA tərəfindən uyğunsuzluq aşkar edildiyi andan məhsulun növündən asılı olaraq satışa yararsız kimi qeydiyyata alınır və “Utilizasiya” (məhvetmə) prosesi həyata keçirilir. Həmçinin, prosesin davamı olaraq istehsalçı şirkətə məhsulun keyfiyyət göstəricilərinə ciddi riayət edilməsi ilə bağlı xəbərdarlıq edilir. Yalnız AQTA tərəfindən satışa yararlılıq sertifikatı təqdim edildikdən sonra məhsullar satışa çıxarılır.
Qeyd etmək istəyirik ki, 25 ildən artıqdır qeyri-neft sektorunda fəaliyyət göstərən və ölkə iqtisadiyyatında aparıcı mövqeyə sahib Veysəloğlu MM bir çox dünya brendlərinin, həmçinin yerli fabriklərin Azərbaycanda rəsmi distribüterliyini həyata keçirir.
Şirkətin başlıca məqsədi istehlakçıları sağlam və keyfiyyətli qida ilə təmin etməkdir".
Qeyd edək ki, bundan əvvəl, "Araz Supermarket" MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən soğanlar yararsız çıxmışdı. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Oba” marketdə də ciddi nöqsanlar aşkarlanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)







