KOBİA sahibkarları aprel ayında təşkil olunacaq sahəvi görüşlərə dəvət edir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlar üçün hər ay müxtəlif mövzularda onlayn sahəvi görüşlər təşkil olunur. Mikro, kiçik və orta biznes (KOB) subyektləri aprel ayında keçiriləcək sahəvi görüşlərlə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=tedbir).
Aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə təşkil olunan sahəvi görüşlərdə sahibkarları narahat edən problemlər və onların həlli yolları müzakirə edilir, KOB-ların ehtiyacları və təklifləri öyrənilir, sahibkarları maraqlandıran suallar cavablandırılır. Həmçinin, sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görülür, təkliflər ümumiləşdirilərək aidiyyəti qurumlara təqdim olunur.
KOBİA sahibkarları hər ay təşkil olunan sahəvi görüşlərdə aktiv iştirak etməyə dəvət edir. Eyni zamanda sahibkarlar müzakirəsinə ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini Agentliyə təqdim edə bilərlər ([email protected]).
Qeyd edək ki, indiyədək KOBİA tərəfindən müxtəlif mövzularda 60 sahəvi görüş təşkil olunub. Bu görüşlərdə sahibkarlar tərəfindən səsləndirilən bir sıra problemlər dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müsbət həllini tapıb, eləcə də səsləndirilən bir sıra təkliflər sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi, müxtəlif dəstək mexanizmlərinin yaradılması və mövcud dəstək tədbirlərinin təkmillədirilməsi prosesində nəzərə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)

