Avtomobil alanda və ya nömrəsini dəyişəndə sığortaya görə necə cərimələnməyək?
Əksər sürücüləri maraqlandıran suallardan biri kimi səslənən daha bir məsələyə aydınlıq gətirəcəyik. Qanunvericilik və cərimə mexanizmləri sürücüləri bu kimi məsələlərdə diqqətli olmağa çağırır. Pandemiya dövründə gəlirlərin xüsusilə diqqətlə qorunmalı olduğunu nəzərə alaraq bir anlıq məlumatsızlığın maliyyə itkilərinə səbəb olmamasına çalışmaq lazımdır.
Yeni və ya cəmiyyətdə 2-ci əl deyilən və müəyyən müddət istismar edilmiş nəqliyyat vasitəsi alan şəxslər sığorta münasibətlərində diqqətli olmalıdır. Belə ki, həmin nəqliyyat vasitəsinin əvvəlki sahibləri avtomobili sığortaladaraq sığortalı statusu əldə etdiyi üçün avtomobili satandan sonra istənilən vaxt sığorta şirkətindən sığorta müqaviləsinə xitam verməyi tələb edə bilir. Təbii ki vicdanlı satıcı sığorta müqaviləsinə xitam verməzdən əvvəl yeni alıcıya bu barədə məlumat verəcəkdir. Bəzən isə vicdansız satıcı xəbərdarlıq etmədən müqaviləyə xitam verdiyi üçün alıcı sığortasız avtomobili idarə etdiyinə görə cərimə olunur. Həmçinin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı sığorta müqaviləsi üzrə eyniləşdirmədə və cərimə zamanı radarlarda aşkar edilən başlıca predmetdir. Qeydiyyat nişanı dəyişmiş nəqliyyat vasitəsi barədə dərhal sığorta şirkətinə məlumat verilməlidir. Sığorta şirkəti isə dərhal elektron-informasiya sistemində müvafiq düzəlişlər edir ki, şəxs sığortasız avtomobil idarə etməyə görə cərimə edilməsin.
Bununla yanaşı əgər qeydiyyat nişanını bir nəqliyyat vasitəsindən digərinə keçirirsinizsə də, yenə sığorta şirkətinə məlumat verib, düzəliş etdirmək öhdəliyiniz var. Belə ki, hadisə zamanı qeydiyyat nişanı olan avtomobilin məlumatları ilə sığorta müqaviləsində qeydiyyatda olan və qeydiyyat nişanının əvvəl taxıldığı avtomobil məlumatları arasında ziddiyyət olduqda sığorta şirkəti "mən əvvəlki maşını sığortalamışam" - deyərək, ödəniş verməkdən imtina edəcək. Belə olanda sürücü həm də zərər vurduğu avtomobilin xərclərinə görə məsuliyyət daşıyacaq.
Diqqətli olaq ki, cərimələnərək maliyyə itkisinə məruz qalmaqdan uzaq qalaq.
"İnsurance Consulting Service" MMC olaraq sürücüləri bu kimi hallarda diqqətli olmağa çağırırıq.
Müəllif:
"İnsurance Consulting Service" MMC-nin direktoru Aqil Nuriyev
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








