Gömrüyün xətti ilə büdcə daxilolmaları 5%-dək azalıb
Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 943 milyon 538,9 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% azdır.
DGK-nın dərc etdiyi göstəricilər görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,1% artaraq 260 milyon 726,2 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 7,9% azalaraq 636 milyon 883 min manata bərabər olub.
Aksizlər üzrə cari ilin birinci rübündə daxilolmalar 13,8% artaraq 35 milyon 705,6 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 10 milyon 224,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 3,8% azdır.
Bu ilin mart ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 350 milyon 135,2 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 6,8%, bu ilin fevral ayı ilə müqayisədə isə 12,7% çoxdur.
Bu ilin mart ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 17% artaraq 101 milyon 893,8 min manat olub. Bu ilin fevral ayı ilə müqayisədə isə bu göstərici 24,7% artıb.
Həmçinin, cari ilin mart ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 1,4% artaraq 228 milyon 330,5 min manat (bu ilin fevral ayı ilə müqayisədə 6,3% çox), aksizlər üzrə 30,4% artaraq 15 milyon 460,4 min manat (fevral ilə müqayisədə 38,8% çox), yol vergisi üzrə daxilolmalar isə 27,5% artaraq 4 milyon 450,5 min manat (fevral ilə müqayisədə 47,8% çox) təşkil edib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 saat sonra
-
-
15 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
8 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
10 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)
.jpg)














